Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

192 syf.
7/10 puan verdi
·
14 günde okudu
Farabi "İdeal Devlet"
Farabi 870-950 -ci illərdə yaşamış Türk-İslam filosofudur.O klassik yunan fəlsəfəsi xüsusu ilə yunan siyasi fəlsəfəsi ilə İslamı, bir-biriylə uzlaşdırmağa çalışan ilk filosofdur. Farabi Aristotel və Platon kimi böyük filosoflardan xeyli təsirlənmiş, onların fikirlərini mənimsəmiş, həmçinin özündən sonra gələn filosoflara təsir etmişdir. Bu xüsusuiyyətinə görə o, peripatetik fəlsəfənin inkişafında mühim xidmətlər göstərmişdir. Farabi dövlət haqqında, dövlətin necə və kimlər tərəfindən idarə olunması, cəmiyyət həyatı haqda fikirlərini "Ara əhl əl-Mədinət əl-fadilə" kitabında digər adı ilə isə İdeal Dövlət kitabında göstərmişdir.Bu böyük filosofun fəlsəfəsi xoşbəxtlik və fəzilət üzərində qurulmuşdur. Farabiyə görə dövlət ağıllı müdrik bir hökmdar yaxud bir qrup filosof tərəfindən idarə olunmalıdır. Farabinin bu fikirləri ağıla ilk öncə Aristotel və Platonu gətirir, Farabi heç də bu iki filosofdan xırda məsələlərdə təsirlənməyib. Farabi ideal dövləti belə hesab edirdi. Bəs Farabinin yaratdığı ideal dövlət idealdır? Farabi bir İslam filosofu idi və onun fikirlərində dinin əhəmiyyətli yeri var idi. Həmçinin siyasət elminin səadəti izah edəcəyini müdafiə edən Farabiyə görə, ən yüksək səadətə bu dünyada deyil, axirət həyatında çatmaq mümkündür.İnsanın azad iradəsini rəhbər olaraq bildiyindən dolayı gerçək xoşbəxtlik ideal dövlətdə mövcuddur. İnsanların yaxşılığa gedən yolu, gerçək xoşbəxtliyi və fəziləti yalnız ideal dövlət modeli olan fəzilətli şəhərdə var olacaq. Ümumiyyətlə Farabi insan haqda müsbət fikirdə idi. Siyasi fikrini isə xoşbəxt olmağa və insanın mükəmməlliyə çatmasında görən Farabi xoşbəxtliyə çatmağın insana yaxşılıqdan başqa bir şey gətirməyəcəyini deyirdi.Ümumiyyətlə Farabinin fəlsəfəsində pisxologiyanı əxlaqdan, əxlaqı siyasətdən ayırmaq düzgün olmaz. Farabiyə görə insanın yaxşını seçərək xoşbəxtliyə çatması tək başına mümkün deyil. Məhz buna görə də insanlar birlikdə yaşamalıdırlar. Farabi xoşbəxtliyə çatmaq üçün isə bir neçə fəzilətə sahib olmaq lazım olduğunu dilə gətirir: “Millətlərdə və şəhərlərdə həm bu dünyada həm də nəticə etibarilə digər dünyada xoşbəxt ola bilmək üçün 4 nəsnəyə ehtiyac vardır: abstrakt fəzilətlər, fikri fəzilətlər, əxlaqi fəzilətlər və praktiki sənətlər”. Farabi iyerarxik bir idarə sisteminin tərəfdarı idi. Farabiyə görə dövləti bir şəxs idarə etməli və bu şəxs özündə bütün yaxşılıqları elmləri fəlsəfəni və fəziləti cəm edən bir adam olmalıdır.Ancaq bu şəxsin fəzilətli bir şəhərin hökmdarı olacağını deyən Farabi bu insanın doğuştan sahib olmalı olduğu on iki xüsusiyyəti sadalayır.1. Həmin şəxs əqli və fiziki cəhətdən qüsursuz olmalı 2.Hər şeyi düzgün anlayan dərrakəli və məntiqli olmalı 3.Güclü yaddaşı olmalı 4.Ağıllı olmalı 5.Natiqlik qabiliyyətinə sahib olmalı 6.Daim yeni şeylər öyrənməyi sevməli 7.Doğruluğu sevib yalan və yalançılardan nifrət etməli 8. Maddi şeylərdən zövq almağı sevməməli 9.Şərəfli olmalı 10.Qızıl gümüş və dünya malına bağlı olmamalı 11.Ədalətli və qərarlı olmalı 12. Əzimli və qorxusuz olmalı. Bütün bu xüsusiyyətlərin bir insanda cəm olması çətindir.Əgər fəzilətli şəhərdə belə bir insan varsa və o insan böyüdükdən sonra yuxarıda sadalanan şərtlərdən ən az beşinə cavab verirsə hökmdar bu şəxs olmalıdır. Əgər şəhərdə belə bir insan yoxdursa lakin keçmişdə belə insanlar mövcud olmuşdursa həmin şəxslərin qəbul etdiyi qayda-qanunlar mənimsənilərək mühafizə edilməlidir. Fəlsəfənin önəmini vurğulayan Farabi, əgər fəlsəfə idarəeetmənin bir parçası olmaqdan çıxarsa bütün şərtlər hökmdarda olsa belə fəzilətli şəhər hökmdarsız qalar və məhv olar deyir. Göründüyü kimi Farabi ideal hesab etdiyi hökmdarda yalnız yaxşı xüsusiyyətləri cəm edib. Farabinin arzuladığı bu idarəetmə forması onun yaşadığı dövr üçün bəlkədə məqbul sayıla bilərdi, lakin günümüzdə hökmdarlarda, dövlət başçılarında sadəcə yaxşı cəhətlərin olduğunu deyə bilmərik. Günümüzdə dövlətin sadəcə yaxşılıqlar, müsbət cəhətlərlə idarə edilməsi fikri isə olduqca utopikdir. Əgər Əbu-Nəsr Əl-Farabinin ideal hesab etdiyi dövlət idealdırsa nə qədər idealdır ? yaxud Farabi bu dövlət modelini daha nə qədər ideallaşdıra bilərdi ? Əfsuslar olsun ki günümüz şərtlərinə görə Farabinin bu dövlətini heç də onun dediyi qədərdə ideal adlandıra bilmərik. Bunun üçün bir neçə səbəb vardır. İlk olaraq bu idarəetmə formasında demokratiyadan demokratik qaydalardan heç nə yoxdur.Müəllifin önəm verdiyi azad iradə məsələsi göründüyü kimi hər bir fərdin əlindən alınmışdır. Öz fəlsəfəsini xoşbəxtlik və fəzilət üzərində quran bir filosofun ədalət haqqındaki düşüncələri isə insanı heyrətə gətirir. Farabiyə görə ədalət güc yolu ilə əldə edilən hakimiyyətdir, fikirlərinə davam edən filosof deyir ki; ədalət adlanan şeyin qanunlarına tabe olub onun qaydalarını tətbiq edən şəxs ya özünün başqasına etmək istədiyi şeyin özünə qarşı edilməsindən qorxan zəif bir insandır ya da aldanan bir insandır. Qısacası Farabiyə görə güclü olan ədalətli olandır, həmin şəxs yaxud dövlət döyüşdən sonra imzalanan müqavilənin şərtlərini belə dəyişdirə bilər, çünki o, güclüdür ədalət onun yanındadır. Bəs insanlar və toplumlar ədalətli davranmayıb ədaləti yalnızca öz mənfəətləri üçün istifadə edəcəklərsə o halda onlar xoşbəxtliyə necə çata bilərlər ? Fəzilətli şəhərin hökmdarında olmalı olan 11-ci maddə bu məsələdə özünü görsətmir. Farabi insan ağlına dəyər verən bir filosof olaraq tanınır və Farabi dini fələsəfənin pir parçası olaraq görmüşdür. Həmçinin Farabinin yaratdığı dövlət bir növ İslam dövlətidir. Platondan təsirlənən Farabi İdeal Dövlət əsərində utopik bir dövlət hazırlamışdır. Ona görə insanlar yardımlaşaraq birlikdə yaşamalıdırlar.Dövləti insan bədəninə bənzədən Farabi sağlam bir orqanizimdə hər bir orqan necə ki öz işini görürsə toplumda belə olmalıdır deyir. Bu böyük Filosofa görə pis insanlar cəmiyyətdən çıxarılmalıdır. Fəzilətli şəhərdə gerçəkliklər, doğruluqlar, yaxşılıqlar birləşməlidir. Bunları isə şəhərin idarəçisi həyata keçirməlidir. İdarəçi peyğəmbər və filosofun fəzilətlərini özündə cəm edən şəxsdir və bu xüsusiyyətlərini cəmiyyətə yayaraq dövləti idarə etməlidir. Toplumsal varlıq olan insan ancaq toplumsal bir muhitdə yaşaya bilər. Bununlada insanlar birlikdə xoşbəxtliyə çatacaqlar. Farabi xoşbəxtliyi əldə etmək üçün ilk öncə insanı yetişdirməyi qarşısına məqsəd qoymuş bir filosfdur və bu prosses olduqca uzun sürəcəkdir. Farabiyə görə insanı xoşbəxtliyə aparacaq olan yol fələsəfədən başqası deyildir. Farabiyə görə sadəcə dövlətlər arasında deyil, fərdlər arasındaki əlaqələrində adı siyasəttir.Həmçinin səadətə çatmaq siyasət elmi ilə mümkündür.Farabi realist olaraq tanınmış bir filosofdur lakin onun arzuladığı dövlət modeli və hökmdar bununla ziddiyyət təşkil edir. Farabinin ideal dövlət anlayışı, insan, cəmiyyət, fələsəfə və xoşbəxtlik haqda fikirlərinə əsasən bu dövlət modelinin həqiqətəndə ideal olduğu qənaətinə vara bilərik. Lakin bu ideallıq müəllifin yaşadığı dövr üçün qismən keçərlidir, İdeal Dövlət əsərində olan bir çox məsələ isə həmin dövr üçün xəyaldan başqa bir şey deyildir. Son olaraq deyə bilərik ki Farabinin yaratdığı ideal dövlət dövrümüzdəki şərtlərin demək olar ki əksəriyyəti ilə konfilikt təşkil edir. Farabi dövrümüzdə yaşayıb sözügedən əsərini bu dövrdə yazsaydı əminik ki onun hökmdarda axtaracağı xüsusiyyətlər fərqli olardı, daha doğrusu o bir hökmdar axtarardımı ? yaxud xoşbəxliyə yenədə bu qədər önəm verərdimi ? Farabiyə görə məqsədi xoşbəxliyə çatmaq olan şəhər fəzilətlidir.Başqa bir ifadəylə siyasi və sosyoloji birlik fəzilətdir. Qətiyyətlə Farabinin ideal dövlətinin ideal olmadığını söyləyə bilmərik, çünki Farabi Aristotel və Platondan və onların filosof kral fikirlərindən təsilənmişdir. Necə ki, Aristotel və Platonun filosof kral idarəetmə formaları hər zaman müzakirə və mübahisə mövzusuna çevrilir, Farabinin İdeal Dövlətinə də bu nöqteyi nəzərdən yanaşmaq lazımdır.
İdeal Devlet
İdeal DevletFarabi · İş Bankası Kültür Yayınları · 20173,141 okunma
·
1 artı 1'leme
·
284 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.