Fevral ayında oxuduqlarımnan.
Ülviyyə xanımla tanışlığım Aljir kitabı ilə olmuşdu. O kitabı ötən il oxudum mənə çox təsir etmişdi onun hadisələri yaşadaraq təsvir etməsi. Kitab haqqında qısa zamanda paylaşacam. Düzdür onnan öncə Şükriyyə haqqında eşitmişdim kitabı hələki oxumaq nəsib olmayıb. Nəşri yenidən çıxanda oxuyacam. Yenicə bitirdiyim bu kitab haqqında isə, yazıçının hadisə və insanları yüksək hissetmə bacarığı sayəsində onun yazısında obraz və situasiyalar oxucuya çox doğma təsir bağışlayır. Çünki biz o situasiyaların içində olduğumuz qədər, o obrazlar da bizim öz içimizdə və ətrafımızdadır. Bəlkə, elə ona görədi ki, oxucular onu milli Çexovumuz adlandırırlar. Bu kitabda yer alan hekayələrdə yersiz ailə-məişət qayğıları, psixoloji məntiqi böhran, iri şəhərlər fonunda müasir insanın çarəsizlikləri kimi problemlərə toxunulub. Ümumilikdə kitabda yer alan hekayələri sevərək oxudum. Ortaq ŞəhərÜlviyyə Tahir