Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bəs, Maks Veberin protestant əxlaqı? Əhalisinin böyük hissəsi protestantlardan ibarət olan ölkələrin, məsələn, Hollandiya va Ingiltərənin müasir dövrün ilk iqtisadi nailiyyətlərini qazanmasına baxmayaraq, din və iqtisadi uğur arasındakı əlaqə çox məhduddur. Əhalisinin əksəriyyəti katoliklərdən ibarət olan Fransa XIX əsrdə hollandiyalıların və ingilislərin iqtisadi göstəricilərinə sürətlə nail oldu və bu gün Italiya da bu ölkələr qədər rifah içində yaşayır. Şərqə tərəf baxsaq, Şərqi Asiyanın qazandığı iqtisadi uğurlardan heç birinin xristian dininin hər hansı bir formasıyla əlaqəsinin olmadığını görərik; yəni, orada da protestantlıqla iqtisadi uğur arasında heç bir xüsusi əlaqə yoxdur.
·
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.