Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

158 syf.
9/10 puan verdi
·
Beğendi
·
13 saatte okudu
Kitab "74-cü ilin qışı" və bu ağır keçən qışda dəhşətli çətinliklərlə qarşılaşan Bozdağ kəndi və kəndlilərin mübarizəsindən bəhs edir. Burada həmçinin dostluq, qonşuluq, ailə münasibətləri, kəndlilərin məişəti elə gözəl, elə içdən təsvir olunub ki... Qarışıq hisslər yaşatdı mənə kitab. Bəzi hissələrdə uşaqlığıma qayıtdım, bəzi hissələrdə təsirləndim, bəzi hissələrində sarsıldım... Yazıçının üslubunu bəyəndim. Axıcı və şirin dili, bir çox müasir "yazıçı"larımızın istifadə etdiyi bayağı üslubdan, ifadələrdən uzaq olması kitabı daha da oxunaqlı edir. Sadəcə oxumursan, kitaba daxil olub Bozdağda tapırsan özünü. Ananın bişirdiyi yeməklərin, dəmlədiyi kəklikotulu çayın ətrini duyursan. Cahangirlə yoldaş olub ocağın kənarında kəndi qorumağa çalışırsan... Sonu həm təsirli, həm də qürurverici idi. Sevərək oxudum.
Canavar Ovu
Canavar OvuTural Sahab · 202022 okunma
··
135 görüntüleme
Tural Sahab okurunun profil resmi
Çox sağ olun, Vəfa xanım
Vəfa Hafiz okurunun profil resmi
Siz sağ olun belə bir əsər ərsəyə gətirdiyiniz üçün. Fəaliyyətinizdə uğurlar.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.