Kitab "74-cü ilin qışı" və bu ağır keçən qışda dəhşətli çətinliklərlə qarşılaşan Bozdağ kəndi və kəndlilərin mübarizəsindən bəhs edir.
Burada həmçinin dostluq, qonşuluq, ailə münasibətləri, kəndlilərin məişəti elə gözəl, elə içdən təsvir olunub ki...
Qarışıq hisslər yaşatdı mənə kitab. Bəzi hissələrdə uşaqlığıma qayıtdım, bəzi hissələrdə təsirləndim, bəzi hissələrində sarsıldım...
Yazıçının üslubunu bəyəndim. Axıcı və şirin dili, bir çox müasir "yazıçı"larımızın istifadə etdiyi bayağı üslubdan, ifadələrdən uzaq olması kitabı daha da oxunaqlı edir.
Sadəcə oxumursan, kitaba daxil olub Bozdağda tapırsan özünü. Ananın bişirdiyi yeməklərin, dəmlədiyi kəklikotulu çayın ətrini duyursan. Cahangirlə yoldaş olub ocağın kənarında kəndi qorumağa çalışırsan...
Sonu həm təsirli, həm də qürurverici idi. Sevərək oxudum.