Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Vaxtsız getdin…
Səni bizdən ayıran bu qara torpaq, dalğalı xəzər Baxışına həsrət qoydu, ürək dağladı. Vidasız gedişin, o səssizliyin, Könülləri ağlatdı, dirək dağıtdı. Sən ki belə etməzdin, qaçmazdın belə! Nə oldu, uduzdun yalan-gerçəyə? Həqiqəti bilirəm deyərdin hər an, Nə oldu bəs uydun nankor hislərə! Yoxsan aramızda artıq, Olub yüzüncü gün. Qəbrindən asmışıq, solur qızılgül. Son nəfəsini verəndə düşündünmü heç, Geridə qalacağ sənsizliyinlə, Nə qədər çox insan, nə çox ömür- gün. Gülək gözəl xatirələrin eşqinə, yaxşısı, pisi. Yadıma salıram o xoş günləri. Gəl yenə oğurlayaq fələkdən bir gün, Dayanma danış-gül, de güldür bizi. Əlbət, qonağıq hamımız, biz də gedərik. Amma belə olsun heç istəmərik. Yaşatmaz ruhunu o soyuq məzar, Yaşatmaq üçün biz ora, hər gün gələrik. Nə tez keçir zaman, nə alçaq bir hiss. Mərhəmət etmir zaman, qoymur gülək biz. Allahdan diləyim budur səninçün, Orada yaxşı ol təki, dua edərik biz. Bilmirəm rahatsan ya narahatsan? Bilmirəm haradasan, bəlkə yatmısan? Hə, sən yatmısan amma əbədi. Axı kimə danışım indi dərdimi? Qardaş yoxluğunun yükü ağırdır. Mən susum, sən dinlə, göylər ağlayır. Hərdən-bir yağış ol, qonaq gəl bəri, Gör necə buludlar ürək dağlayır.
·
2 artı 1'leme
·
254 görüntüleme
Leyla Xudaverdiyeva okurunun profil resmi
Allah rəhmət etsin 🙏🏻🥀
Sevil Alasgarli okurunun profil resmi
Allah rəhmət etsin🥺🫂
Emin Mehdizadə okurunun profil resmi
Amin Dr, çoxsağolun🙏🏻
Hacıyeva Vüsalə okurunun profil resmi
Allah rehmet etsin.Sebr dileyirem
Emin Mehdizadə okurunun profil resmi
Amin, çoxsağolun🙏🏻
Ülkər okurunun profil resmi
Allah rəhmət etsin..🥺
Emin Mehdizadə okurunun profil resmi
Amin🙏🏻
Vekalet Necefzade okurunun profil resmi
Allah səbir versin🥺🥀
Emin Mehdizadə okurunun profil resmi
Amin🙏🏻
☆♡ Nigar Cəfərli ☆♡ okurunun profil resmi
Allah rəhmət eləsin🤲.
Emin Mehdizadə okurunun profil resmi
Amin🙏🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.