Puan vermedi·479 syf.····Okunma: 24 Mayıs 2024 00:20 Mən anlamağa çalışdım səni, Hikmət və anladım da öz nəzərimdə, anlaya biləcəyim bütün mənliklərimdə. Necə də əsəbləşirdim bəzi hərəkətlərinə, hansı ki yalnız düşüncələrinlə etdiklərin idi onlar. Sən bilmirəm bu dünyada məni necə var olduğuna inandırdın amma inandım və kədərliyəm. Xoşbəkliklərlə özünü aldadanları sevirəm mən, bu qədər oyunlara rəğmən qaramsarlığını qoruyanları yox amma sən yıxdın sərhədləri və inandım hər ‘xoşbəxt’ adamlarda belə bir tam mində bir Hikmət olduğuna. Və qatılıram sənə ensiklopediyaya ehtiyac duyuram mən, sən öz oyunlarında söz açdığını (hansı ki o yalnız sənin düşüncələrində mövcuddur) borc versən də olar, borc hansı ki bir ömür sonra qaytaracağam. Bilmirəm ay adam əsəbləşdirdin məni, nə dediyinini anlamadığım anlarda hələ lap kefimi də pozdun hansı ki o da hər vaxt ən az sənin insanlığa inancın qədər olur. Nəysə, bir şey qaraladım səni tanısınlar deyə. Tanımadığım adamı tanıdıram.