Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İlin bitməyinə son iki ay qalmış baş verənlər və hiss edilənlər üst-üstə gələndə oxuma şövqüm qırıldı. Daha doğrusu bir şey etməyə - kitab oxumaq da daxil - həvəs qalmadı. Belə zamanların çox ağır versiyasından ötən illərdə keçmişəm. Özümdən ötürdüyüm çox çətin, amma hər anı qiymətli o ağır periodun nə zamansa təkrarlana biləcəyi düşüncəsi belə
·
118 görüntüleme
Nahid okurunun profil resmi
Bu dünyaya necə ki gəlməkdə seçim edə bilmədiyimiz qədər var olmaq olmamaqdan daha dürüstdür, elə bunçün gərək günə şükürlə başlayaq. Hələm hələm bizləri öz cizgi xəttiylə kitablarla tanış edən onlarla iç içə olub sanki başqa bir dünyalar, aləmlər, həyatlar yaşadan və yaşadıqca kəşfetdiyimiz gözəllikləri öz yaşamımıza yansıtmaq iradəsi verən, istər ən dərin hüzn ifadələri, istərsədə riqqətə gətirən sevgi bağlarını oxuyub "nə həyatlar varmış" deyib duyğular düşündə qərinələrə qərq olan bizlər nə qədər bəxşedənə yaxarsaq azdır. Mən bəzən özümdə düşünürəm ki İnsan demək bir növ "Kor" deməkdir, hər başına nələr gəlirsə, nələr hissedib duyursa onun görməzliyindən görəbilməməzliyindən irəli gəlir. Həqiqəti duyan insanın gözyaşları belə sevgiylə bağlı olur. Yaşımızın üzərinə yaş gəldikcə ötən zamanımızın düşüncələri keçən zamanımızın fikirləri əksik qalır yaşadığımız anlardan keçmişə baxarkən. Müstəsnadır bundan doğru olan həyat inancımız və güc aldığımız sevgi qaynağı. Gözəl bir söz vardır və bu sanki həyatı sarmalayır, "Gelse celâlinden cefa, Yahut cemâlinden vefa, İkisi de cana sefa, Nârın da hoş, nurun da hoş, Kahrın da hoş, lütfun da hoş." Deyə keçir, hər nə gəlsə ədəbə uyğun qarşılamaq elə ona uyğun da ötürməkdir.🌿
Sitarə Vüsal okurunun profil resmi
Elə məlahətli və incə rəftarlı bir yazı oxudum ki! Var olun! İnsan bəlkə də buna görə insandır və aldanmaması üçün daim sevgi və inancla yoğrulmalıdır. 🌷
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.