Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

319 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Oxuduğum ən gözəl klassik romanlardan biri idi. Başlanğıcda melankolik bir obraz olan Felix ailəsi tərəfindən uzaqlaşdırılan və daim başqa yerlərə oxumağa göndərilən gənc bir adamdır. Kitaba başlayarkən bu obraz üçün çox üzülmüşdüm,amma kitabın seyrində obraz haqqında düşüncələrim dəyişdi. Kitab bir sevgi romanıdır. Ədəbi dildə sevgi çox gözəl ifadə edilib. Çapkın bir adamın uğursuz sevgi həyatından bəhs edir. İki qadın, kitabda da bənzətildiyi kimi su və od. Madam de Mortsauf həyat yoldaşından gördüyü sevgisizliyi Felixdə tapmağa çalışdı. Lady Dudley isə tam bir cadı idi. Öz ovsunlu sözləri və cazibəsi ilə Felixi özünə çəkmişdi. Madam de Mortsauf bir su idi. O sevdiyi adamı daim doğru yolda getməsi üçün dəstəkləyir, həyatını gözəlləşdirməyə çalışırdı. Felixin uğurlarının ardında Madam de Mortsauf var idi. Amma Felix ona xəyanət edərək böyük məyusluğa səbəb oldu. Həmçinin Felixin tutulduğu(sevdiyi) qadınlar özündən yaşca böyük idi.
Vadideki Zambak
Vadideki ZambakHonore de Balzac · Türkiye İş Bankası Kültür Yayınları · 202242,3bin okunma
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.