Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bərgi-dirəxtani-səbz dər nəzəri-huşyar, Hər vərəqi dəftərist mərifəti-kirdgar. (Ağıllı adamın nəzərində yaşıl ağacların yarpaqlarının hər biri Allahı tanıtdıran bir dəftərdir.)
··
59 görüntüleme
Vəfa Hafiz okurunun profil resmi
Ah, ah! Mərifəti-kirdgar üçün nə çox isbatlar vardır! Bəlkə isbatların ən mühümraqı mərifət özüdür ki, cənabi-tanrı insana əta buyurubdur. Şükür xudaya ki, mən aciz bəndəsinə rəhm edib, mərifət xəzinəsinin astanasına yol vermiş və müəllimlik sənəti ilə məni mümtaz edib, müəllimlər zümrəsində mərifət gəncinəsinin kiliddarlarından birisi etmiş. Yenə şükür olsun xudaya ki, mənim səy və iradətim ilə qeyri bəndələr həm mərifət nemətinə nail olurlar.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.