Gönderi

O ki, səfərə çıxarsan öncədən müəyyən etmədiyin gözəl yerlərin seyrinə, plansız, kitabsız. Yol boyu necə ecazkar mənzərələr kəşf edərsən. Nə qədər çəkici olsalar da gözlərinin gördüyü qəlbinə enə bilmədiyi üçün səni orda saxlamaq iqtidarında olmaz. Davam edərsən yeniliyin izində günlərlə, aylarla, illərlə bəlkə, zaman zaman fəsillərlə. Əyləşdiyin, dincəldiyin yerlər ola bilər bu dilimlərdə. Fəqət orda qalmaq ağlının ucundan belə keçməz. Səfərdi axı bu. Keçib getməyə niyyətlisən necəsə. Yolçu yolunda gərək. İnsanın başına ən gözəl şeylərin onun ən qəmli zamanlarında gəldiyi bilinməkdədir, bu tam da günəş doğmazdan öncə gecənin ən qatı zülmətinin çökməsinə bənzər. Bir birindən seçilməyən boz günlərin birində güzarın qərib bir yerə düşər, əvvəl ki yerlər qədər də cəlbedici olmaz əslində, ama səni qara dəlik kimi içinə çəkə biləcək sehrə malik olar. Üstəlik gözünlə gördüyün də ruhuna xitab edər. Bir az qalım deyərsən, sonra bir baxarsan ki, vətən etmisən özünə. Və artıq bundan sonrakı gedilməmiş, kəşf edilməmiş heç bir yol səni maraqlandırmaz, diqqətini dağıtmaz. Çünki aynada gördüyün sənlə, içində özünü bildiyin sən burda bütöv Sən olmağa başladı. Qəlbinin gözü öz Məkkəsini tapmışdı çünki. Ruhsal yolçuluqla cismanı yolçuluq ali Eşq'də birləşmişdi. Əlçatmazlıq kimi təvafı vardı. Burda görmədən, toxunmadan yaşanan sevginin adına ibadət deyilirdi. Çəkdiyin əzab müqəddəs ayin kimi idi. Zamanlar qarışdı. Gecə və gündüz yuxuda imiş kimi. Ölüncə, oyanmış kimi... #ayparçası🌛
·
9 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.