Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

244 syf.
10/10 puan verdi
·
Beğendi
Outliers - Malcolm Gladwell
Uğurlu insanların ağıllı və iddialı olduqları haqqında danışılan bir çox hekayə var. “Outliers” kitabında Malcolm Gladwell uğurun əsl hekayəsinin bundan çox fərqli olduğunu və bəzi insanların niyə uğur qazandığını anlamaq üçün onların ətrafına daha diqqətlə baxmaq lazım olduğunu iddia edir. Məsələn, ailələri, doğulduqları yerlər və hətta doğum tarixləri. Outliers, Beatles və Bill Gatesin ortaq cəhətləri, asiyalıların riyaziyyatdakı uğurlarının sirri, bütün Nyu Yorklu hüquqşünasların eyni keçmişə sahib olması kitabda nəsillər, ailə, mədəniyyət və sinif baxımından izah olunur. Gladwellin iddiasına görə, Silikon Vadisində milyarder olmaq üçün hansı ildə, uğurlu pilot olmaq üçün isə harada doğulduğun çox vacibdir. Gladwell burada sizə öz potensialından maksimum dərəcədə yararlanmaq üçün maraqlı plan təqdim edir. "Tipping Point" kitabında dünyanı anlama tərzimiz, “Blink”də düşüncə tərzimiz dəyişdi. “Outliers”da uğur anlayışımızı dəyişəcək.
Malcolm Gladwell
Malcolm Gladwell
Outliers
OutliersMalcolm Gladwell · MediaCat Yayınları · 20228,1bin okunma
·
6 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.