Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

400 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Məni vəhşiləşdirdilər!..
"...Fikirli halda salona getdim. Divanın üstünə qoyduğum çantamdan bıçağı götürüb qayıdanda artıq qəddar və qorxunc qərarım qətiləşmişdi. Yan tərəfdən çarpayıya yaxınlaşıb hər şeydən xəbərsiz yatmış Lətifin başı üzərində dayandım. Bıçağın dəstəyini iki əlimlə tutub havaya qaldırdım və dişlərimi qıcayıb bütün gücümlə kürəyinə zərbə endirdim. Lətif yerində silkələnərək ayılsa da, boğuq bir iniltidən savayı səs çıxarmadı. İti tiyəsi axıra kimi bədəninə sancılmış cinayət alətini çətinliklə çıxardıb ikinci, daha sonra üçüncü zərbəni vurdum. Bıçağı üçüncü dəfə bədənindən çıxaranda arxası üstə çevrilib mənə baxdı və bu baxış həyata son baxışı oldu. O artıq ölmüşdü..."
Şantaj
ŞantajElxan Elatlı · Teas Press · 053 okunma
·
166 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.