Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
8/10 puan verdi
·
6 günde okudu
Kitab haqda təəssüratlarımı bir neçə formada bildirə bilərəm, fəqət bu dəfə emosiyalar ruhumu ələ keçirdi, məni günümüzdən alıb ötən əsrin əvvələrinə qədər apardı. İstiqlal şairimiz Əhməd Cavadla həyat yoldaşı Şükriyyə xanımın bu sevgi dastanı insanı riqqətə gətirməyə bilməz. Əsər sadəcə sevgi romanı deyil, Tarixi romandır. Burada Cümhuriyyət öncəsidə də sonrasında da bir çox aydınlarımızın və ziyalılarımızın adları çəkilir, onların Əhməd Cavadın həyat yolunda buraxdığı izlərə şahid oluruq. Bu Tarixi Roman oxucunun üzündə təbəssüm yaradır eyni zamandada kədərləndirir. Əsərdə cəmiyyətimiz üçün bu gün də keçərli olan bir xeyli məsələdən, onun fikir dünyasından bəhs edilir. Bu nüansların xüsusi ustalıq və titizliklə ələ alınması təqdirə layiqdir. Şükriyyə Axundzadənin sona qədər sevgisinə necə sadiq qalmasını, öz iffətini qorumasını onun düşərgədə olarkən illərlə yaşadığı bütün iztirablara sinə gərməsini oxuyarkən onun şəxsiyyətinə, qadınlıq qüruruna heyran qalmamaq olmur. Özünüzdən asılı olmadan gözdən giryələr tökülür. Bir ailəni pərəm-pərəm edən sapı özümüzdən olan, şanlı Cümhuriyyətimizi qundaqda boğan qızıl qasırğaya nökərlik edən, dünəndən bəri yadlar qucağında oturmağa hazır olan cəlladların sonunu gördükdə isə, Allahın ədalətinin sonsuz olduğuna bir daha şahid oluruq. Qarşılarında seçim var ikən öz əqidədaşlarını satmayan sona qədər mərdlik nümayiş etdirən, məsləklərinə ən sıx şəkildə bağlı qalan qəhramanlarımız, bir-birlərindən cismən ayrılsalarda, onların ruhunu bir-birindən ayırmağa heç kəsin gücü yetməzdi. Heç yaxşılıqda itməzdi, necə ki, itmədi də. Onların övladlarına öz xalqı sahib çıxdı. Fiziki bir ölüm isə bir ömür həsr edilən sevgini əsla öldürə bilməzdi. Sonda Şükriyyə Xanımın dediyi kimi; daha kim məni onun ölümünə inandıra bilərdi, ya da kim deyə bilərdi ki, ölüm - bir sondur?! Belə bir əsəri ədəbiyyatımıza qazandırdığı üçün
Ülviyyə Tahir
Ülviyyə Tahir
"ə təşəkkür edir və qələminin dayanmamasını arzu edirəm.
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
·
2 artı 1'leme
·
305 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.