Gönderi

"Həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı..."
10/10
·264 syf.··
Beğendi
·
2024 57. kitabı
·
5 günde okudu
·
Okunma: 08 Mart 2024 19:53
Kitabın məzmunu ilə bağlı yazmayacağam, belə incələmələr kifayət qədər var. Ki onsuz da adından, üzərindəki "1937" yazısından mövzunun nə olduğu, nədən bəhs edildiyi anlaşılır. Mən, sadəcə, kitabın məndə buraxdığı təsiri yazmaq istəyirəm, az da olsa... Ülviyyə Tahir qələmindən oxuduğum ilk kitab oldu "Aljir" və unudulmaz kitablardan olacaq mənim üçün. Uzun müddətdir məni ağladan bir kitab oxumamışdım. Budur, roman bitdi, yazıçının "Son söz" yazısını belə göz yaşlarım yanağımdan süzülərək oxudum. O qədər ağırdır və o qədər ağrıdır ki... Bunu sözlərlə ifadə etmək çətindir. Roman olaraq (yüngülləşdirilmiş formada) oxuyub bu qədər təsirləndiyimiz, sarsıldığımız halda, real olaraq yaşandığında hiss edilənləri təsəvvür etmək mümkün deyil... Göz yaşları ilə oxuduğum "Son söz"dən: "...asan olmadı. Oradakı məhrumiyyətlər, kədər o qədər böyük idi ki, arada romanı yarımçıq qoymağı da düşündüm. Bu romana görə repressiya olunmuş milyonlarla insandan üzr istəyir və layiqincə öhdəsindən gələ bilməmişəmsə, ruhlarından əfv diləyirəm. Çünki həqiqət o qədər ağır idi ki, ona gücüm çatmadı..." (sh.252)
Edebiyat
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019269 okunma
·
387 Gösterim
4 Yorum
Lütfen giriş yapınız.
Kaleminize sağlık güzel bir inceleme olmuş Vəfa Hafiz hanım🌟
Vəfa Hafiz
Gönderi Sahibi
Təşəkkür edirəm.☘️
Oxumağı mütləq düşünürəm. Bu incelemeden sonra
Vəfa Hafiz
Gönderi Sahibi
the.muhur 🥲❤️
Yazdıqlarınız oxumağa sövq edir insanı, gözəl yazmısız
Vəfa Hafiz
Gönderi Sahibi
Təşəkkür edirəm.
Vəfa Hafiz
Gönderi Sahibi
"En, düşərgəyə bax, o sümükləri çıxmış qadınlar hamısı ziyalıdır. Qələm tutmalı olan əlləri şaxtadan və işdən cadar-cadar olub..."🍃 (sh.233)