Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

672 syf.
7/10 puan verdi
·
Beğendi
Fi, Çi, Pi üçləməsi.. İlk iki kitabını hərbi xidmətdə olarkən sonuncunu isə yaxınlarda bitirdiyim və oxuduğuma dəyən kitab seriyası. Xarakter çeşitliliyi çox olduğu üçün həyatınızda qarşılaşdığınız insanları rahatlıqla kitabda dərin işlənmiş şəkildə görə bilərsiz. Can'da güc istəyən və sevdiklərinidə bu yolda qurban verməyə hazır şəxsi, Duru'da sırf digərləri tərəfindən sevilsin deyə öz xarakterini heçə sayanları, Bilge'də düşüncə gücünün və sadə xarakterin insana qatdığı rəngi, Deniz'də anlayan, sorğulayan və axtaran insanları, Özge'də sistemə qarşı gələnləri, Sadık'da sevginin dəyişdirdiyi insanları və s görə bilərsiz. Birdən çox fəlsəfik düşüncələri, ideologiyaları, elmi məqalələri, araştırmaları özündə birləşdirir kitab. Misal gətirsək: İslam dini və "egg teoriyası" oxşarlığını görə bilmək və bunu çox detaylı şəkildə yansıta bilmək təqdirə layiqdir. Durmadan təbii seçilimə göndərmə etməsi düzü indiki zaman üçün çox uyğun gəlmədi. Artıq təbii seçilim yerini suni seçilimə buraxıb. Zənginlər kimin həyatda qalacağını Tanrı rolunu alaraq seçə bilirlər. Təkliyin önəmi həm inkişaf həm güc cəhətdən çox yaxşı anladılıb amma sonrasında yalnızlığın gətirdiyi xəstəliklər barədə vurğulamaları çıxılmazlıq yaradıb. Yəni bunu seçilən "təklik" deyə balanslaşdıra bilərik. Yalnızlıq və təklik fərqliliyi. Fərdin inkişafı üçün ara ara çox yaxşı fikirlər aşılanır. Acıya hazırlıqlı ol, sorğulamağı bacar, başqa fikri təsdiqləmək yerinə öz düşüncəni yarat, dinləyə bil, yarğılama, anla və s. İstəmək və durmadan əldə etmək arzusunun gətirdiyi balansızlıq var. Buna çox yaxşı deyinir. Yəni sahib olduqlarımız sonradan bizlərə sahib olur. Öyrənmək bizim tələblərimizlə əlaqəlidir. Acı çəkərək öyrənən insan həyat tərəfindən acılarla qarşılanar, üzülərək öyrənən insan eyni şəkildə cavab tapar. Yəni öyrənməmiz mənfi nüanslarla olsada bunu həyat tərəfindən təcrübə edəcəyik. Nəticə olaraq necə ki, netflixdə çoxluq təşkil edən cinsəl səhnələr bir o qədər mənasızdırsa bu kitabda da bir o qədər mənasızca və bolca görülür. Ütopik şəkildə yaxşı sonlanması isə çox real görünmədi gözümə. Sevdiyim hissə isə xarakterlərin müəyyən mərhələyə qədər mənfi xarakterlə gəlib müsbətə keçmə məntiqsizliyinin olmaması idi. Pis xarakter elədə davam edib layiqi olduğunu tapa bildi.... Qısaca tövsiyə olunur.)(çox qısa oldu)
Pi
PiAkilah Azra Kohen · Everest Yayınları · 201813,8bin okunma
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.