Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İnsan cəmiyyət üçün yaranmışdır və tam tənhalıq insanda yalnız məyusluq oyada bilər. Bu yalnız vaxt məsələsidir. Əvvəldə onu gündəlik ehtiyac və qayğı bürüyür, bu ehtiyac və qayğı dəniz dalğalarının əlindən güclə canını qurtarmış zavallının bütün vaxtını əlindən alır. Hal-hazırın fikri gələcək təhlükəni ondan uzaqlaşdırır. Ancaq nəticədə o, öz ölkəsini və yaxın adamlarını görməyə ümid etməyib özünə bənzər adamlardan uzaqda tək olduğunu dərk etdikdə necə əzablar keçirməlidir! Onun adası onun üçün bir dünyadır. Bəşəriyyət tək o özüdür və ölüm gəldikdə o, dünyanın varlığının axırıncı günündə özünü axırıncı bir adam kimi hiss edəcəkdir. Paqanel, mənə inanın ki, belə insanın yerində olmaq çox ağırdır.
·
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.