Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

464 syf.
·
Puan vermedi
Cariyə Gül İrepoğlu Kitabdakı hadisələr 18-ci yüzillikdə Osmanlı sarayında cərəyan edir. Lakin biz obrazların hekayələri ilə bərabər bir çox məkana səyahət edirik. Ən başlıcası 3 obrazın daxili aləminə enərək nəinki onları, onların timsalında bir çox insanı anlaya bilirik. Kitab haqqında öncədən araşdırma edəndə bir çoxlarının kitabı" zaman itkisi", "bəsit sevgi romanı" adlandırdığının şahidi oldum və istər istəməz kitaba önyargı ilə başladım. Lakin oxuduqca anladım ki, heç də belə deyilmiş. Əsərdə toxunulan məsələlərdən ən çox diqqətimi çəkən məqam: "hər şey heç də xaricdən göründüyü kimi deyil" ifadəsinin özünü tapması idi. Adətən hökmdarlarların əsasən əzəmətindən, sarayından və həyatının necə də gözəl olmasından danışılır və buna paxıllıq edlir, həsəd aparılır və s. Lakin heç kəs hökmdarın hökmdar olana qədər çəkdiyi əziyyəti, yaşadığı kədər və acı dolu günləri araşdırmır, maraqlanmır. Sultan hər an ölüm təhlükəsi ilə üz-üzədir. Hər an zəhərləndirilə bilər. O saraydan uzaqda zülmlə dolu qəsrdə həbs həyatı yaşayıb. Lakin özünün gördüyü bu münasibəti qardaşı oğlu şahzadə Səlimə rəva görmür. Hətta əksinə çox vaxt onu övladlarından ayırmır. Mənim üçün daim maraqlı olan və müdafiə etdiyim fikir də budur ki, çətinlik, ədalətsiz rəftar müxtəlif insanlara müxtəlif cür təsir edir. Kimisi özünün travmaları "sayəsində" qəddar və zülmkar olur, kimisi sırf bütün yaşadıqlarının necə bir hiss olduğunu bildiyi üçün onu başqalarına qarşı etmir və hətta onları qorumağa çalışır. Əllbəttə heç kəs doğulanda qəddar ola bilməz, yaşadıqca başına gələnlərə görə belə olur, ona görə də insanları rahat bir şəkildə mühakimə etmək olmaz. Amma bir şeyidə unutmaq olmaz ki, bir yandan da insan hərəkət və davranışını özü seçir. Əsərin məzmununa qayıdacaq olsaq əsasən imkansız eşq romanı kimi tanınsa da məncə analiz edilərkən ön planda "dostluq", "fadakarlıq" və "mühakimənin ədalətsizliyi" kimi motivlər daha ön planda olmalıdır. Hansı ki, bunları Cəftər ağa obrazı sayəsində açıq-aydın görürük. 11:49
Cariye
CariyeYücel Kaya · Marka Yayınları · 201118 okunma
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.