Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

96 syf.
8/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Əkrəm Əylislidən oxuduğum ilk kitab. Kitab iki hissədən - bir povestdən, bir də hekayədən ibarət idi. Birincisi "Metro Vaqonunda Gün İşığı" idi. Bu povest mənə o qədər doğma gəldi ki. Obrazlar sanki Nuri Bilge Ceylan filmlərindən canlanmışdı. Jurnalist olan baş rolun ani qərarla kəndinə qayıtması ilə hər şey başlayırdı. O qayıtdığı kənddə uşaqlığından bəri onu qarabaqara izləyən travmaların bir düyün kimi açılmasının şahidi oldu. Sonda baş obrazımız çox seyleri dərk edərək geri qayıdır. İkinci hekayə - Safsar isə daha çox melonxonik idi. Safsar adlı heyvanın öldürülməsinin obrazda yaratdığı travma fonunda hadisələr inkişaf edirdi. Müqayisədə "Metro Vaqonunda Gün İşığı" daha çox xoşuma gəldi. Ortaq cəhət kimi isə hər iki əsərdə duyulan şirin yumor hissini vurğulamaq olar. Hadisələr, həyatlar, nə qədər mürəkkəb olsa da, yazar ən adi detallarla üzdə təbəssüm yaradırdı.
Safsar
SafsarEkrem Eylisli · Qanun Nəşriyyatı · 201823 okunma
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.