Donuzluqdan insanlığa...
9/10
·192 syf.··
Beğendi
·
2024 63. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Mart 2024 11:42
Spoiler mövcuddur! Sonuna qədər dayanmadan düşündürən həmin o kitab. Bu gün bitirdim kitabı, mənlə yanaşı bitirən insanların da incələmələrinə nəzər salıb özüm də bir incələmə yazmağa qərar verdim. Kitab heyvanların Cons adlı bir sahibkarı qovmaları, bunun nəticəsində azad olmaları və öz hakimiyyətini qurub idarə etmələri, "inkişaf" etmələri barədədir. İlk əvvəllər heyvanlar Cons adlı bir sahibkarın əsarəti altında, qırmanc zərbəsi aktında, çətin şəraitdə, sadəcə qarınlarını doyuracaq qədər yemək verməklə, əmək fəaliyyətinə artıq yaramadıqda sallaqxanaya göndərilməklə iç-içə yaşayırdılar. Mayor adlanan donuzun çıxışı ilə onların içində üsyan ruhu yüksəlir. Onkar hər yerdə böyük üsyanla bağlı fikirləri yaymağa başlayırlar. Bu işdə əsas aparıcılar isə Napoleonla Snoubolldur. Bir gün Cons meyxanada çoxluca içir və heyvanlara yem vermir, günorta olur və hələ də heyvanlara heç kəs yem vermir. Nəticədə heyvanların səbir kasası daşır və onlar yem anbarını vurub dağıdır, üsyan başladırlar. Consu qovurlar, azad olurlar. Sonralar "Pəyə döyüşü"(heyvanlar belə ad vermişdilər) zamanı insanlarla müharibə aoarıb qələbə çalmaları da onların artıq tam azad olduqlarını işarə edir. Yaşadıqları "Malikanə" fermasının adı "Heyvanıstan" olaraq dəyişdirilir. Heyvanlar insanların yaşadığı evi gəzir, bunları gərəksiz görür və fermada yaşamağa qərar verirlər. Dövlət qurulur və başçılar Napoleonla Snouboll olur. Donuzlar əqli fəaliyyətdə tüksək olduqları üçün daha çox idarə işlərinə yiyələnirlər, lakin digər işlərdə də iştirak edirlər. Snouboll və Napoleonun başçılığında keçirilən iclasda onlar qərarlar qəbul edirlər. YEDDİ PRİNSİP  1. Iki ayağı üstə gəzən hər bir canlı düşməndir.  2. Dörd ayağı üstə gəzən, yaxud uçan hər bir canlı dostdur.  3. Heyvanlar paltar geyinmirlər.  4. Heyvanlar yorğan‐döşəkdə yatmırlar.  5. Heyvanlar spirtli içki içmirlər.  6. Bir heyvan başqa heyvanı öldürə bilməz.  7. Bütün heyvanlar bərabərdirlər.  Bu qanunlar əzbərlənir və tətbiq də edilir. Lakin Heyvanıstanda hər şey Snoubollun dəyirman tikintisi fikrinə düşməsiylə dəyişir. Bu müddətə kimi də Napoleonla Sonubollun fikirləri üst-üstə düşmürdü. Birinin yaxşı dediyinə digəri pisdi deyirdi. Snouboll, əsasən, rifahi yüksəltməyə çalışırdı. Ortaya fikirlər atırdı. Amma Napoleon hər dəfə bu fikirlərə qarşı çıxırdı. Snouboll dəyirmanın tikintisini heyvanların iş saatını azaltmaq, onların qida ehtiyatını artırmaq, daha çox maariflənməyə yol vermək üçün istəyirdi. Pəyə döyüşündə "Birinci dərəcəli qəhrəman" ordenini aldığından heyvanların rifahı üçün çalışan Snouboll dəyirmanın planını bitirir və bunu ictimaiyyətə təqdim etmək istəyir. Çıxışı əsnasında 9 dənə heybətli it içəri girir və Snoubollu qovurlar. Bu itlərsə Napoleonun kiçikliklərində himayəyə götürüb tərbiyə verdiyi küçüklər idi. Napoleon hakimiyyəti ələ keçirmişdi. O artıq tək idi. İlk dəqiqələrdən Snoubollu pis göstərir, guya onun hazırladığı dəyirman planını da hətta ondan oğurlamışdı. Sonralar Snoubollu Consun tərəfdarl elan edir, onun planı əsasında dəyirman tikdirəndə gecə baş verən ildırım çaxması nəticəsində yarıya qədər ucalan dəyirman uçur, bunu da Snoubollun üstünə yıxır. Artıq Snouboll tam bir düşmənı çevrilir. Bütün heyvanlara onun haqqımda heyrətamiz, bəzi nöqtələrdə inanılmaz fikirlər söylənir və onu yaddaşlarda pis biri kimi göstərirlər. Napoleon vaxt keçdikcə dəyişməyə başlayır. O, artıq evdə yaşamağa, 2 ayaq üstündə yeriməyə, yataqda yatmağa, içki içməyə başlayır. Edam qərarları verir. İnsanlarla ünsiyyətlər qurur, onlarla danışıqlara keçir. Bokseri sallaqxanaya verir(səbəbsə dəyirmanın insanlar tərəfindən məhvindən sonra işləyərkən yararsız hala düşməsiydi). Bir müddət sonra qırmanc istifadəsiylə heyvanları işlətməyə başlayır. Əsərin sonunda insanlarla birgə içki içir, qumar oynayır. O artıq 150 kiloya çatan bir qaban idi. Sevimli bir həyat yoldaşı da vardı. Consun geyimlərini geyirdi. Bir müddət sonra axşam malikanədə gülüş səsləri eşidən heyvanlar təəccüblənir və baxmaq istəyirlər. Onlar donuzların necə dəyişdiyini, nə hala gəldiklərini, insanlara necə bənzədiklərini gördülər. Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib dönə‐dönə baxırdılar. Lakin artıq onları biri‐birindən fərqləndirmək, kimin kim olduğunu söyləmək mümkün deyildi.  Belə əziz oxuyucular. Kitabı tam danışmadım, sadəcə süjet xəttindən xəbər verdim. Üstündən keçdim çox detal oldu. Sovet hakimiyyətini izah edən kitabı elə sovetdən çıxan xalqın bir vətəndaşı olaraq oxumaq da ayrıca bir qəribə hiss etdirir. O dövrü görməsək də, təsəvvür etməyimiz üçün şərait yaranır. Gününüz gözəlliyə, ömrünüz kitablara... Gələn yazıda görüşənədək!
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,9bin okunma
·
78 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Geniş bir incələmə olub, bu kitabı bir daha yenidən oxumuş kimi hiss etdim 👍
Dərviş Ziyatay
Gönderi Sahibi
Təşəkkürlər