Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

400 syf.
·
Puan vermedi
Kitabı çox bəyəndim. Mənə Wulf Dorn'un kitablarını xatırlatdı. Gözlənilməz sonluq)). Necə deyərlər "ters-köşe". Təsirindən qurtula bilməyəcəyim (qısa müddətlik) bir kitabdır deyə bilərəm. Hadisələrin axıcılığı və sonluğu məni kitabı oxumağa vadar edirdi. Bundan əlavə bəzi fikirlərimi də bölüşmək istəyirəm kitabdaki obrazlar haqqında. Fikrimcə, yaşadığımız mühitdəki 10 insandan azı 2 və ya 3-ü uşaqlıqdan travma alaraq böyüyür və müəyyən mövqe sahibi olur. İnsan əgər öz yaralarından qurtulmaq və yaxud o yaraları sağaltmaq istəyirsə, bunu ilk öncə özü müalicə etməlidir, yəni özü özü üçün addım atmalıdır. Bizlər doğuluruq, böyüyürük və ailə sevgisinə ehtiyac duyuruq. Lakin düşünürəm ki, müəyyən yaşdan sonra insana lazım olan, ailə sevgisindən əlavə özünün özünə sevgisidir. Ailə bizimlə müəyyən müddət bir qalacaq həmçinin ailədən başqa ətrafımızdakilər də. Onların yoxluğu bizi sevgi axtarışına gətirib çıxaracaq və bu zaman bizlər həyatımızda doğru seçimlər yerinə bizi çaşdıracaq (daha doğrusu yanıldacaq) seçimlər edəcəyik. Buna görə də düşünürəm ki, bizlərin özümüzü sevməyimiz, məncə, çox bağlı mövzüların açarıdır, həmçinin düzgün həyat irəlilətməyin və düzgün seçimlər etməyin )).
Səssiz Pasiyent
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 20214,449 okunma
·
96 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.