Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

104 syf.
9/10 puan verdi
·
3 günde okudu
Öncəliklə Kafkanın dostu Max Brod-a minnətdarlıq hissi duyuram. Çünki Kafkanı həqiqətən sevirəm, onu özümə daha yaxın hiss edirəm. Bu əsər çox absurddur. Deməlii, Samsa birgün ayılır və özünü yatağında böcək olaraq görür. Ancaq niyə böcəyə çevrilib, bu haldan necə qurtulmalıdır deyə düşünmür. Əksinə müdürünə nə deyəcək, bacısı, ailə üzvləri görsə nə düşünəcəklər, onların pis olması üçün, işə gecikməsi üçün və sairə bu kimi şeylər düşünüb narahat olur. Əsərin absurdluğuda elə budur, Samsa özündən başqa hər şeyi və hər kəsi düşünür. Elə biz də həyatımızda bir böcəyik və çoxumuz böcək kimi yaşayır, özümüzə dəyər vermir, vaxt ayırmırıq. Bəs axı niyə? Niyə böcək olmağı seçirik? Niyə qurtula bilmirik? Ailəsi Samsanı görəndə ilk dəfə halına acıyırlar. Ancaq bir müddət sonra artıq o böcəkdən iyrənirlər. Nəhayət Samsa həyatına bir böcək olaraq son qoyur. Çox təsirləndirici və düşündürücü kitabdır məsləhət görürəm hər kəsə)))
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019222,7bin okunma
·
1 artı 1'leme
·
99 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.