Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

455 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 günde okudu
Kitabı yeni bitirdim və deyərdim ki, mənə təsir edən, uzun-uzun düşünməyə vadar edən kitablardan biri oldu.Bu təsiredici məqamlardan hansı birini deyim ki,:Müharibənin verdiyi itkilər, müharibənin nə dərəcə pis bir şey olduğu, məktəbə getməli olan, küçədə yaşıdları ilə oynamalı qız uşaqlarının erkən nikaha zorlanması, şiddət və bu kimi bir çox şey.... Kitabda olan obrazlar xəyal məhsulu olsa da, bu cür həyatlar haradasa yaşanır və az deyil. Hüseyninin səlis və təsirli dili oxucunu hekayəyə cəlb edir və personajların emosional dərinliyini daha da hiss etdirir. Roman Əfqanıstanın mürəkkəb tarixinə, xalqının iztirablarına həssaslıqla yanaşaraq oxucuda dərin təəssürat yaradır. Əsərda Leyla və Məryəm bütün çətinliklərə baxmayaraq hər zaman ümidlə həyata tutunmaya, yeni bir yol axtarmağa çalışır. Bəlkə də buna görə də əsərin adı “Min möhtəşəm günəşdir”. Kitabı çox bəyəndim və birinə bir kitab tövsiyə etdiyimdə ilk bu kitab olacaq. Bu cür əsərlər insanları öz problemlərinin həlli yollarını tapmağa ruhlandıra və daha yaxşı bir dünya üçün səy göstərməyə kömək edə bilər. Ancaq bəşəriyyəti xilas etmək üçün təkcə bir kitabın kifayət edəcəyini söyləmək çətindir.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,5bin okunma
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.