Puan vermedi·241 syf.··
2024 15. kitabı
·
205 günde okudu
·
Okunma: 20 Mart 2024 02:04
Narnia Xronikaları seriyasının 6-cı kitabı. Sondan bir əvvəlki dayanacaq.  Narnia kainatının filmlərini, filmlərinin musiqilərini və ümumi baxıldıqda yaradılan dünyanı çox, çox sevirəm. (Əgər izləməmisinizsə və yeniyetmələr üçün nəzərdə tutulan fantastik filmləri sevirsinizsə, mütləq şans verin<3) Uşaqlıqdan heyranlıq duymuşam. Ancaq təəssüf ki, kitabları full, full xəyalqırıqlığıdı. C. S. Lewis tamamilə azyaşlılara öyüd-nəsihət olacaq nağıllar yazmaq və bu nağılların təməli olaraq Xristianlıqdan, İncildən, detalları olaraq da miflərdən istifadə etməyə fokuslanıb. (Okay ilk kitablarda belə göndermeleri, hər macəranın əsaslandığı dini əfsanəni təxmin etmək və s maraqlı olurdu, ancaq bu tək başəna bir seriyanı apara biləcək ünsür deyil, təbii ki.) Hekayələr maraqlı olma potensialı daşıyır, amma nə yazı dili maraqlıdı, nə süjet, nə də ki personajlar. "Gümüş Sandalye"də son ana qədər heç bir obrazda karakter gelişimi görmürük. (Düzdür, hər hekayə obraz inkişafını işləməyə məcbur deyil - baxmayaraq ki, bu olmadıqda hekayənin çox cılız qaldığını düşünürəm - ancaq Narnia sırf uşaqların bu macəralar ilə inkişaf etdiyi, yetkinləşib böyüdükləri bir dünyadırsa, bunu addım-addım görməliyik axı.) Üstəlik "qəhrəmanlarımızın" hamısı maldır. Bəli, dümdüz mal. Bir insan çıxdığı yolda istisnasız hər şeydə, hər dəfə mi səhv edər ? Yəni qız və ya oğlan, uşaq və ya yetişkin, Narnialı ya da dünyalı olmasından asılı olmayaraq, hamısı mı gerizekalı olar ? Zorla öz-özlərini müşkül vəziyyətə salırdılar və bu bir yerdən sonra həqiqətən, bezdirici və də absurd, inandırıcılıqdan uzaq olur. Digər əsas məsələ də, ümumiyyətlə, hekayənin və bu evrene aid bütün hekayələrin kökündə böyük məntiqi uyuşmazlıqların olmasıdır. Klassik dönəm yazarların heç birinin analitik kurgulamaya önəm verməməyi çox qəribə gəlir mənə. İstər qorxu ədəbiyyatı olsun, istər triller, detektiv və ya fantastika, elmi-fantastika. Yazarın təsvir qabiliyyəti, dili güclüdür, bilgi birikimi əladır, fantaziyası və cəsarəti də var ki, belə bir janrda özünə yol açıb. Ancaq qətiyyən texniki düşünmür, yazmır. Hər şey full məntiqsizdir. Və sonlar tamamilə yola verilərək, sadəcə dramatik tərəfindən baxılaraq yazılır. "Gümüş Sandalye"nin əvvəllərində öyrənirik ki, itmiş şahzadəni tapmaq üçün 10 il ərzində yüzlərlə qəhrəman yola düşüb ancaq heç biri geri qayıda bilməyib. Hər şeyi görən, bilən Aslan niyə elə ən başından şahzadənin ardına düşən ilk qəhrəmana kömək edib məsələni həll etmirdi ? Beləcə bu illər ərzində şahzadə işgəncə görməzdi, Cadugər bu qədər güclənməzdi, bu qədər insan ölməzdi. Yəni yazarın hekayədəki məqsədi tapşırıqlara hər dəfə uşaqları çağırmaq, onları öyrətməkdi. Amma o arada ölkənin, xalqın başına gəlməyən fəlakət qalmır. Necə yəni dövründə oxuyan heç kim bu qədər çarpık, absurd bir öyrədən sistemi yadırğamayıb, qərəz tutmayıb, normal kimi qəbul edib ? Yəni 10 il gözləyib sonra bir uşağı çağırmaq. Ki, bu uşaq da qətiyyən ağıllı, bacarıqlı, cəsarətli ya da hansısa başqa üstünlüyü olan birisi deyil. Sıfır vasıf. İşləri daha da uzatmaqdan, problemlərə səbəb olmaqdan başqa heç bir fərqi, əhəmiyyəti olmur. Ne anladım bu işden ? Kitab boyunca (seriya boyunca) dialoqlarda, kiçicik epizodlarda bollluuuuca rastlaşdığımız yazıçının ağır cinsiyyətçi, dini mühafizəkar düşüncə tərzi də bir başqa qıcıqlandırıcı məqamdı. Bir yerdə bu hekayənin yayımlandığı dövr, mühit və s deyərək yazıçını paklamak mümkün olmur artıq. Bu sadəcə bu insanın xarakteridir. Eh. Nəysə. Narnia kitabları ilə bağlı sevdiyim tək şey, hər kitabda qarşılaşdığımız yeni Narnia xalqı personajı (özünəməxsus xarakterik xüsusiyyətləri olan mifik personajlara bayılıramm) və hekayəni Narnia filmlərinin soundtrackları ilə oxumaqdı. Oxumaq istəyənlərə tövsiyə edirəm. Hətta kitab oxuyarkən musiqi dinləməyi sevməyənlərinizin belə xoşuna gələcək<3
2024 Okuma Raporları
Gümüş SandalyeC. S. Lewis · Doğan Egmont Yayıncılık · 20121,373 okunma
·
82 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.