...atdığı daş yerə düşməzdi. Yerə düşsə də top kimi sovrulardı. Ocaq kimi oyulardı. Daşın düşdüyü yerdə üç il ot bilməzdi. Qaraca Çobanın acığı tutanda iri bir daşı götürüb əlində sıxar, kül edib havaya sovurardı. Qaraca Çobanın iri bir çomağı vardı. Onu yanınca sürüdükcə torpağa xış kimi cızıq salardı.