Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Özbəkistan bir çox cəhətdən keçmişdən, unudulmuş dövrlərdən qalan bir yadigar kimi görünür: bir ailənin və onun yaxın ətrafının despotik hakimiyyəti altında inildəyən və məcburi əmək, - uşaqların zorla işlədilməsi, - üzərində qurulmuş bir iqtisadiyyatı olan yoxsul ölkə. Lakin əslində buna yadigar demək olmaz. Özbəkistan ekstraktiv institutların təsiri ilə uğursuzluğa düçar olan müasir ölkələr mozaikasının bir parçasıdır; ve təəssüf ki, Ermənistan və Azərbaycandan Qırğızıstan, Tacikistan və Türkmənistana qədər uzanan keçmiş Sovet respublikaları ilə bir çox ümumi cəhətə malikdir və bizə ekstraktiv siyasi və iqtisadi institutların hətta 21-ci əsrdə də kobud və amansız istismar modelinə çevrilə biləcəyini xatırlatmaqdadır.
Sayfa 451Kitabı okudu
·
1 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.