Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

687 syf.
10/10 puan verdi
·
Beğendi
Cinayət və Cəza
Rəy yazılmağı ən çətin əsərlərdən biridir Dostoyevskinin “Cinayət və cəza”sı Əsər dərc olunduğu andan çoxlarının ağlına Dostoyevskinin keçmişdə bir qatil ola biləcəyi şüphəsini saldı. Çünki bu əsərdə bir qatilin öz daxili aləmi ilə mübarizəsi, yeyib bitirən düşüncələri, hissləri o qədər gözəl, detallı və aydın təsvir edilib ki, bunu ancaq yaşamış biri belə təsvir edə bilərdi. Baş qəhrəman özü üçün tam haqqlı səbəblər taparaq qətl törədir. Bunu əslində yaxşı niyyətlə etdiyinə əmin olsa da, zamanla özü ilə müharibəsi başlayır və düşüncələr içində boğulur. Əsər “bir insan tamamilə yaxşı və ya tamamilə pis ola bilərmi?” sualı ətrafında düşündürür.Yəni həyat bizi bəzən iliklərimizə qədər sıxışdıranda, olduğumuz vəziyyəti özümüzə layiq bilməyəndə haqqlı səbəblərlə pislik etmirik? Əməyimizdən çox qazanc götürüb oğruluq edəndə, bir insanın qəlbini qıranda, birinə xəyanət edib inamını öldürəndə beynimizin içində haqqlı səbəblər çıxarmağa çalışmırıq? Sadəcə möhtəşəmdirHətta bir dəfə oxumaq belə kitabın daşıdığı mesajları anlamağa kifayət etmir. Rəfinizin ən dəyərlisi olacağına inandığım əsəri şiddətlə tövsiyə edirəm
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Suç ve Ceza
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2022159,4bin okunma
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.