Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Nəyə tələsirik? Nədir bu qaçaqaç? Bizə verilmiş bu az zamanı niyə daha da azaltmağa çalışırıq? Günləri, saatları öldürürük, bugün də bitsin, sabah da bitsin. Və bir də baxırıq illər keçmiş. Niyə durmuruq? Niyə gözləmirik ruhumuzun bizə çatmağını? 21-ci əsr, texnologiyalar çağı, zaman öldürücü. Ürəyim sıxılır. Hamımızın ağzındakı söz deyil mi bu? Və bu texnologiyalarla etdiyimiz ürək sıxıntımızı “məhv etməyə” çalışaraq günü bitirməkdir. Bu həyatda zamanımız yoxdu deməyə necə cürət edirik bəs? Bilmirəm. Amma nə istədiyimi bilirəm. Yavaşlamaq. Saatları qovalamamaq. Vaxt öldürməmək, vaxtı qazanmaq. Bir gün, bir həftə, bir ay keçəndə çönüb arxaya baxanda ölmüş zamanı, günləri yox, qazanılmış bir həyatı görmək. -öz qələmimdən. 27.03.2021
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.