İlk dəfədir bir əsərin sonluğunun adından və ilk cümlələrindən bəlli olduğunu görürəm. Necə bitəcəyini biliriksə, bəs onda niyə bu əsəri oxuyaq?- deyə bilərsiniz. Ancaq çatacağımız yerdən çox gedilən yolun vacib olduğunu nəzərə alaraq, Tolstoyun bu əsərində də nəticədən çox onun necə reallaşdığı daha önəmlidir.
Ölümcül xəstəliyə tutulan və bunun fərqində olan İvan İlyiçin ölümə hazırlaşmağı, yaxınlaşan ölüm psixologiyası, yaşadığı həyatı nəzərdən keçirməsi əsərin əsas mövzusudur.
Bununla yanaşı, əsərdə ölən insanın ətrafındakıların da düşüncələri və biganəlikləri o qədər aydın təsvir olunur ki, oxuduğumuz zaman beynimizdə suallar yaradır - “Görəsən mənim başıma gəlsə, ətrafımdakılar necə hiss edəcək?”
Tolstoyun həyat və ölümə dair fəlsəfi düşüncə və fikirləri ilə zənginləşdirdiyi bu əsərini oxumağınızı tövsiyə edirəmQısa olduğu üçün tez bir zamanda bitirmək mümkündür.
Lev Tolstoy