Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

60 syf.
·
Puan vermedi
·
Beğendi
Hər səhər doğan günəş, bir səhər doğmaz oldu…
Məktəb illərimdə dərs ilinin əvvəlində ən sevdiyim məşğuliyyətlərdən biri ədəbiyyat dərsliyindəki hekayələri ilk günlər oxuyub bitirmək idi. Uzun kitablar oxumağı sevdiyim qədər qısa və öz hekayələr oxumaq hər zaman fərqli hiss etdirib. Verilən mesajlar, tam açılmamış xarakter özəllikləri oxucunu hadisələr üzərində düşünməyə sövq edir. “Sel” mənə keçmiş zamanlardakı kimi hiss etdirdi; həm uzun yol boyu düşündürdü, həm də bir o qədər üzdü. Belə ki, real hadisə əsasında yazılan kitab 1875-ci ildə Fransanın Toulouse əyalətində Garonne çayının daşması ilə minlərlə insanın ölümü ilə nəticələnən faciəni əks etdirir. Hadisələr 70 yaşlı fermer Louis Roubien tərəfindən nəql olunur. 11 nəfərlik ailəsi ilə birlikdə yaşayır, həmən il yaxşı məhsul əldə edəcəkləri üçün sevinib şükür edir. Lakin həyat ən gözləmədiyimiz anda ağır zərbələr vurmağı sevir. Elə həmin gün çay daşır və bütün kənd sular altında qalır. Ailə evlərinin ən üst qatına sığınır, lakin suyun səviyyəsi durmadan artır. Məhsullar batır, heyvanlar can çəkişərək ölür. Hələdə ümidini itirməyən ailə kömək gözləyir. Amma vaxtından gec gələn kömək açılan yaraları sağaltmır, itirilən yaxınları geri qaytarmır… Hekayədə məni ən çox təsirləndirən anlardan biridə Sifyanın cəsarəti, Pierrenin fədakarlığı, Gaspardın sevdiyinə olan sədaqəti idi… Hansı daha acıdır? Sevdiklərinin ölümünü görmək? Ya öz ölümünlə onlara acı çəkdirmək? Hər halda, onların ölümünü görmək və yaşamağa davam etmək çətindir. Nəfəs alırsan, bir az zaman keçir gülürsən, həyata tutunursan. Amma heç vaxt yaşadığını hiss etmirsən... Kitabla qalın!
Sel
SelEmile Zola · Fabula Kitap · 2015517 okunma
·
66 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.