Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Olar səni qucaqlayım?
Gedirsən məni də apar! Gəlim saçını darayım. Bir də nə vaxt əlim çatar? Olar Səni qucaqlayım? Oturum səninlə bir az, Gələcəyi varaqlayım. Fonda bir bayatı-şiraz, Olar Səni qucaqlayım? Sən gülümsə, heç nə demə. Mən öz halıma ağlayım. Heç nəyi soruşma, bilmə, Olar Səni qucaqlayım? Dönə-dönə, dəfə-dəfə, Öz-özümü aşağılayım. Heç olmazsa bircə dəfə, Olar Səni qucaqlayım? Bilirsən bu nə ağrıdır? Kimə, necə bel bağlayım? Bəlkə dünyanın axırıdır, Olar Səni qucaqlayım? Səni hamıdan saxladım, Hər gün belə sabahladım. Özümü çox qucaqladım. Olar Səni qucaqlayım? Raqif Raufoglu ©
·
103 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.