Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Əynindən soyunub qaranlıqları; Qədərin hökmündən ayrılıb gəlir, Pərvanə can atır şam işığına, Gecənin içindən sıyrılıb gəlir. Necə möcüzədi, İlahi, görən Ölümə gələnlər beləmi gəlir?! Əcəli gizlənib qanadlarında, Ömürdən sıyrılıb ölümə gəlir. Ocaq deməliyik, pir deməliyik, Dünyanın dərdini daşıyanlara. Qaranlıq dünyaya nur deməliyik, Pərvanə ömürü yaşayanlara! Sevgisi ömrüdü! Bu sevgisiylə Tək gəlib dünyaya, cahana Tənha! Mənim xislətimdə pərvanəlik var, Tənha - pərvanədir, pərvanə - Tənha!... Gülağa Tənha ©
·
1 artı 1'leme
·
202 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.