Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

110 syf.
10/10 puan verdi
·
Beğendi
Xəstəlikli düşüncə – "Ölən odur,mən yox" #Tolstoyasəyahət
Bismillah. Deməəək...
Lev Tolstoy
Lev Tolstoy
İvan İliçin Ölümü
İvan İliçin Ölümü
Əvvəlcə onu demək istəyirəm ki,parlaq imzanın "Yoldaş" seriyası mənim ən sevdiyim seriyalardan biri oldu. Fərq etməsək də,günümüzün yarısı yollarda keçir.Bu yolları həm avantaja çevirmək,həm də maraqlı etmək üçün kitab oxumaq çox səmərəlidir,ancaq necə kitab? Uzun kitabları yarım,1 saatlıq yollarda oxuyanda kitabların hər dəfə yarımçıq qalması cansıxıcı ola bilər.Ona görə qısa kitablar gündəlik iş,dərs kimi gedəcəyimiz yerlər arasındakı məsafəyə uyğun olaraq idealdır.Bu zaman köməyimizə "Parlaq İmzalar" nəşriyyatının "Yoldaş" seriyası çatır (Elə bil reklam almışam,necə təriflədimsə ) Əsərin məzmunu: İvan İliç bacarıqlı,mehriban, hamıyla qaynayıb-qarışan bir insan idi.Özünü bütünlüklə işinə həsr etmişdi və bundan da məmnun idi.(Bəzən iş tək çıxış yolu idi) Ancaq bir gün böyründə baş qaldıran ağrı onu çənginə alır, həyatını cəhənnəmə çevirir.Yatağa məhkum olmuş İvan İliç düşüncələri ilə tək qalır.Beləcə İvan İliç fiziki əzabla yanaşı,mənəvi əzab da çəkir.Nəhayət, o bu əzabların səbəbini dərk edir.Dərk edir ki,sən demə o həyatını boş yerə sərf edibmiş,sən demə o həyatda bir neçə hadisədən başqa sevinməyə dəyər heç nə yaşamayıbmış və sən demə bu həyat əslində onun deyilmiş... "Sən demə, bütün ömrüm,yaşantılarım puç imiş,hər şey həyatı, ölümü pərdələyən uydurma və yalandan ibarətmiş" (səh.105) Bizim həyatımızda nə qədər şey özümüzündür?Ümumiyyətlə,bu həyat bizimdirmi? Elə yaşayırıq ki, sanki bu ömür həmişə bizimlə olacaq və lazımsız şeylərə xərcləyə bilərik.Elə yaşayırıq ki,elə bil bizdən başqa hamı öləcək və biz həmişə var olacağıq.Elə yaşayırıq ki,sanki bu dünyaya ikinci dəfə gələ biləcəyik və əldən qaçırdığımız fürsətlər yenə bizi tapacaq.Elə yaşayırıq ki...Bir dəqiqə?!! Biz yaşayırıq??? Hər gün biriləri ölür,ancaq biz özümüzə yalnız bu təsəllini veririk. "Ölən odur,mən yox" ...
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Parlaq İmzalar · 202245bin okunma
·
69 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.