Gönderi

Bilməm, bu nazənin kimin istəkli yarıdır? Ya hansı bəxtiyarların bəxtiyarıdır! Açdıqca gül cəmalını, ellər fərəhlənir, Guya, gözəllik aləminin novbaharıdır. Dünya buna zənin mələkin həsrətin çəkir, Xəlqin sevimli afəti, həm şəhriyarıdır. Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik, Çünki diyarımız bizim odlar diyarıdır. Bir vaxt səcdəgah idi atəşpərəstlərə, Şəhri-Səbaki, mərkəzi dərya kənarıdır. Qan etmə, saqi, bağrımızı, badə tez gətir, Doldur qədəhləri, gecəmiz keçdi, yarıdır. Hər kim deyirsə, sevmə bu rəna gözəlləri, Bilmir ki, sevgi aləmi biixtiyarıdır. Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər: - Biçarə Vahidin bu qəzəl yadigarıdır.
Əliağa Vahid
Əliağa Vahid
·
140 views
Xəqani Oruc okurunun profil resmi
💎Hər kim mənə tən eyləsə meyxanələr içrə Qan olsun onun badəsi peymanələr içrə
Nazrin Najaff okurunun profil resmi
🤌🏻👑
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.