İş yerində sıxıldığım bir anda kiçik bir hekayə oxumaq istədim. Və tövsiyyə qeydlərimin arasında Anarın bu kiçik həcmli kitabını gördüm. Qısa amma maraqlı idi)) Hadisələr çox tez-tez baş verir və insan obrazın yerində olsa nə edər, necə edər deyə düşünür.
Kişi obrazının hər bir şeyi gizlətməsini, qadın obrazının isə iki insanı birlikdə yola verməsini də sevmədim. Çünki Seymura Rüstəm barədə danışmayaraq haqsızlıq etdi. Seymursa gerçəkləri demədən qadınla münasibətə başladı. Amma fərqli və axıcı idi, yəqin ki kiçik olduğu üçün. Süjet xətti müasir Türk filmlərinin ssenarisinə bənzəyir.
Təşəkkürlər bu cür bir kitab tövsiyəsi üçün SatisfiedMən, Sən, O və Telefon, Anar Rızayev
Mən sizə də yazmışdım kitab haqqında fikirlərimi. Çox mükəmməl bir kitab olduğunu deyə bilmərəm. Sadəcə mənim üçün mənəvi dəyəri var deyə yeri ayrıdır. 🍃