Gönderi

Absurdizmi hiss eləmək
10/10
·112 syf.··
Beğendi
·
2024 2. kitabı
·
1 saatte okudu
·
Okunma: 03 Nisan 2024 01:21
(SPOİLER ALERT) Hamı kimi düşünüb hiss etməyə məcburuq? Bütün insanlıq qəliblərin içindəmi bütünləşir? Ya hiss etməli olduğumuz yerdə hiss etməli olduğumuz kimi yoxda his etdiyimiz kimi davransaq? Meursault yaşamı aburdizmdən ibarət olan baş qəhramanımız.. Kitab anasının ölümü barəsində Meursault'un duyğusuzluqlarından başlayar. Hekayə irələlədikcə anasıyla ümumilikdə əvvəldən də bağı olmadığını görürük. Digər yan personajlar hekayəyə daxil olduqca eyni vecsizliyin onlara da göstərildiyini hiss edirik. Meursault Marie adında bir qadınla əlaqədə olur. Qadının Meursault'a qarşı duyğuları olur, Meursault isə Marie'yə yalnız cinsəl gözlə baxır. Hekayə irələlidikcə Raymond və Massonla tanış oluruq ki bunlarda uzaq yaxın dostlarıdı deyə bilərik baş qəhramanın. Raymondun ərəblərlə bağlı münaqişələri olur və istər istəməz bu münaqişələrə Meursault da daxil olmuş olur. Günün birində əlindəki bıçağı Meursault'un gözünə işıq saçır deyə ərəbi öldürür. Əlavə heç bir kin ya da səbəbə güdmədən sadəcə o an ğldürmək istəyir və öldürür hadisədən sonrasını da bilinçli olaraq qavrayır ama yenədə bu əməlini eləmək istəyindən heçnə onu qaçındırmır. Həbsə düşür və uzun bir müddət yarğılanır. Anasının ölümüylə bağlı göstərdiyi vecsizlik məhkəmədə argument göstərilərək yarğılanır. Sonda isə qərar Meursault'in edam qərarı olur. Meursault bu hadisəni belə normal qarşılayır tərəddüt eləmir. Papazla danışığında da bu elədiklərinin mənasız olduğunu dinə inanmadığını deyir son olaraqda.. Toplum anasına qarşı kədərlənmədiyi üçün günahıandırır. Toplum onu onlar kimi düşünmədiyi üçün özlərinin içinə almır və sonda tamamilə aralarından çıxartır. Qonşusunun itinə qarşı olan davranışını anasının uşaqlığında ona qarşı olan davranışına bənzədir bəlkədə bu qədər duyğusuz olmağının səbəbidə burda gizli idi. Özümü çoxu yerində tapdığım bir roman oldu və indiyədək oxuduğum ən təsir edici əsər idi.
Felsefe-Düşünce
YabancıAlbert Camus · Can Yayınları · 2015137,1bin okunma
·
63 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.