Gönderi

8/10
·416 syf.··
Beğendi
·
2024 25. kitabı
·
5 günde okudu
·
Okunma: 02 Nisan 2024 16:53
Isabel Allende Maya’s Notebook Əsəri ilk öncə əlimə aldıqda tipik roman təəssüratı bağışlayacağını düşünmüşdüm, ta ki yazarın müsahibəsini izləyənədək. Yazar əsəri həyat təcrübələrinə əsaslanaraq yazıb, bu da onu daha çox oxunaqlı edir. Maya obrazının babası vəfat etdikdən sonra yas halında ikən başına gələn hadisələri, onlarla başa çıxma mübarizəsini, Chiloé-də yaşadığı macəralarını, sağalma dövrünü yazdığı gündəliyindən oxuyuruq. Əsərdə hər növ sevgi, yas, ayrılıq, həyat mübarizəsi, xəstəliklər, narkomaniya və pis vərdişlər, aludəlik mövzularına toxunulub. Paçamama (mənası Ana torpaq) kimi şaman ayinləri, ifritəlik və şəfalanma ayinləri də qeyd olunub və maraqlıdır. Əsərdə bəhs olunan Paçamama ayinində yazar qızı ilə birgə iştirak etmişdir və öz təcrübələrindən faydalanaraq Mayanın dilindən bizə çatdırmışdır. Yazar Chiloé adasına tez-tez səyahət edir, əsərdə Chiloé adasında bəhs edilən insanların çoxu realdır, sadəcə adları dəyişdirilmişdir. Yazar narkomaniya və pis vərdişlər mövzusuna toxunmasını 3 oğlunun narkotiklərə qurşanması və 2 oğlunun həyatını itirməsinə bağlayır. Hazırki dövrdə narkomaniya və pis vərdişlər o qədər yayılıb ki, valideynlər övladlarını necə qoruya biləcəyini düşünür. Həmçinin yazarın nəvələri də bu təhlükə altında ola bilər. Əsərdə xoşagəlməz, sarsıdıcı, şiddət və yetişkin məzmuna malik məqamlar da var, həssaslığı olan insanlara oxumağı məsləhət görmürəm. Ümumilikdə isə əsər çox maraqlıdır, baxış bucağınızda dəyişikliklər yaradacaq müxtəlif mövzulara toxunulub. Yeni mədəniyyətlər öyrənə bilərsiniz. Yazarla bu kitab vasitəsilə tanışdım və bəyəndim.
Hayattan
Maya’s NotebookIsabel Allende · Harper Perennial · 201490 okunma
·
158 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.