Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Açılmamış bir kitabdır hər insan ömrü, Hər baharın bir məhəbbət macərası var. Yazılmamış bir hesabdır hər insan ömrü, Hər gecənin, hər gündüzün bir mənası var. Boş keçməyir, düşündükcə, ömrün hər dəmi, Yazılmamış bir dastandır könül aləmi. Məhəbbətin fərəhlidir sevinci, qəmi, Hər duyğunun, hər arzunun bir səfası var. Kim çağırdı ürəkləri eşqə, həvəsə, Bülbül nədən gül eşqiylə verir səs-səsə? İnsan qəlbi çox möhtacdır isti nəfəsə Desələr də məhəbbətin min cəfası var.
Sayfa 188Kitabı okudu
·
80 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.