Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

283 syf.
8/10 puan verdi
·
Beğendi
İnsanam həqiqətən?
Matt Heygdən oxuduğum İkinci kitabdır. Qələmini sevməyə başladım. Ingilis olması ayrıca bir öncəlikdir mənim üçün. Dumanlı ölkədən, aydın fikirlərin çıxması maraqlıdır. Kitab yadplanetlilərin dünyanı izləməsi fikri ilə başlayır. Olduqca tükürpədici bir faktdır. Bu qədər böyük kainatda tək olmağımızda qorxuncdur. Tək olmamağımızda. Hansından az qorxuruqsa ona inanırıq. Kitabda bir riyaziyyat professoru olan Endryu Martinin həyatından bəhs edir. Orada nə baş verdiyini sizə desəm bir az spoiler olacaq. Ona görə susum bu barədə. Müəllif yadplanetlilərin gözü ilə bizim insanlıq tablomuzu keyfiyyətli şəkildə çəkib deyə düşünürəm. Özümə sual verdiyim, həqiqətən də elədir dediyim çox məqamlar oldu. Növbəti kitabını yəqinki mayda oxuyuram. Hər kəsin oxuması lazımdır deyə düşünürəm.
İnsanlar
İnsanlarMatt Haig · Domingo Yayınları · 20236,8bin okunma
·
95 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.