Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Kiminsə əzabı, fəlakətiymiş Səadət quşunun yemi, sən demə. Onun da sonu var, qəmlə qurtarır Hər günün, hər ayın dəmi, sən demə. Ölümə gedirik doğulan anda, Elə bil tərsinə dönür zaman da. Nəyinsə izinə düşüb tapanda İtir bu dünyanın çəmi, sən demə. Hamı elə bilir bir o, beş mənəm, Hər yerdə, hər zaman ancaq baş mənəm. Elə bilirdim ki, tək çaşbaş mənəm, Çaşıb mənim kimi, hamı, sən demə. Köçüb röyalara ümidlərimiz, Dəyişib yerini xeyir-şərimiz. Vallah, özümüzü unutmuşuq biz Uçub ağlımızın damı, sən demə. Enişin ardıdır hər dik, hər yoxuş, Tufan dediyimiz sükutdan qopmuş. Atalar düz deyib, tərs qoyulubmuş Binədən dünyanın xımı, sən demə.
Sayfa 289 - ÇAŞIB MƏNİM KİMİ...Kitabı okudu
·
79 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.