Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

88 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Sehirbaz Raçinski"
"Həyatdakı ən böyük şanslardan biri uşaq yaşlardan yaxşı bir müəllimlə tanış olmaqdır" ifadəsi məni hər zaman yaxşı müəllim axtarışında olmağa sövq edib. Bir dəfə müəllimlik ixtisasından imtina etdiyim üçün, "Yaxşı müəllim necə olmalıdır?", "Yaxşı müəllimlər nə edir ki, yaxşı müəllim olur?" və.s bunlarla bağlı heç bir fikrim yoxdur, ancaq kənd məktəbində təhsil almış biri olaraq harda görsəm anlayaram ki, yaxşı müəllim kimdir:), (bu mövzuda çoox həssasam)
İdeal Öğretmen
İdeal Öğretmen
-in hər cümləsi o qədər dəyərli, mənalıydı ki, hər bir cümləni bir kitab kimi mənimsəməyə çalışırdım. Kənd məktəblərinin halına bələd olduğum üçün, o hissləri dərindən hiss edərək oxudum. Professor Raçinskinin, kənd uşaqları haqqında dediyi sözləri oxuduqca, öz məktəb dövrüm yadıma düşdü və qəlbim sızladı. Hadisələr 20-ci əsrdə, Rusiyanın Tatevo kəndində baş versə də, mənə yad gəlmədiyinə necə üzüldüyümü ifadə edə bilmərəm. Kitab bitdikdən sonra, məktəb illərimizin müəyyən dövründə bizim də yollarımız ideal müəllimlərlə kəsişsəydi, həyatımız necə olardı, dəyişərdi ya fərq olmazdımı deyə düşündüm. Görəsən, Raçinski kimi, neçə müəllim öz komfort zonasından çıxaraq, bizləri- kənd uşaqlarını düşünüb onları maarifləndirməyə üz tutub, ya heç düşünübmü ki, onlara nə qədər ehtiyacımız var, bunlar haqqında ən kiçik bir fikrim belə yoxdu amma gələcək nəsilləri istədiyimiz kimi, əxlaqlı və təhsilli görmək istəyiriksə, günümüzdəki müəllimlərin, Professor Raçinsikdən örnək alması lazımdı, deyə düşünürəm..
İdeal Öğretmen
İdeal ÖğretmenGrigory Petrov · Zafer Yayınları · 20196,2bin okunma
·
3 artı 1'leme
·
297 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.