Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

- Fərəh, yadında saxla, əgər bir səhv edirsənsə və bunu səndən başqa kimsə ya da kimlərsə görürsə, sən əlindən gələnin ən yaxşısını da etsən nəyəsə nail ola bilmirsən. Milyon dənə yaxşılıq et, uğurlara imza at ya da nə bilim dünyanı fəth et, ürəyi kirli biri üçün sən hər zaman o səhv hərəkətinlə xatırlanacaqsan. Heç kim sənə inanmayacaq, inanmaq istəməyəcək, çünki sənin yaxşı olma ehtimalın onları özlərinə daha günahkar hiss etdirəcək. Onlar sənə inanmır, çünki əmin olmaq istəyirlər ki, dünyada özlərindən başqa da günahkarlar var və onlar tək deyil.Başa düşürsən nə demək istədiyimi? -Bəs ümid?Bəlkə o səhvi edən yaxın biridir və sən ən son ana qədər ümid edirsən ki, hər şey düzələcək? -Ümid tamam başqa hekayədir..
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.