Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

-İnsan özünün yaratdığı alternativ şəxsiyyətlərini üzə çıxarmağa ehtiyac hiss edir. Belə deyim, evin tək uşağını təsəvvür et. O, təklikdən əziyyət çəkir və bu zaman psixikanın müdafiə mexanizmləri işə düşür. Darıxmamaq üçün özündə bir şəxsiyyət yaradır. Oyuncağını əlinə götürəndə o şəxsiyyəti işə düşür və uşaq onun roluna girir. Beləcə, onun tənhalığı yüngülləşir. Sonra məktəbə gedir, orada onu davamlı olaraq incidir, təhqir edirlər. Uşaq buna dözə bilmir. O zaman da özündə digər şəxsiyyəti yaradır. Özünə təlqin edir ki, təhqir olunan o deyil, həmin o uydurduğu şəxsiyyətdir. Bütün zərbələri o alternativ şəxsiyyət öz üzərinə götürür. Uşaq getdikcə buna öyrəşir və bütün həyatı boyu hər psixoloji zərbə qarşısında yeni şəxsiyyət yaradır. Yaratdıqlarını da bir ömür öz içində gəzdirir. -Şəxsiyyət parçalanması, görünür, daha çox uşaqlıqda, psixikanın hələ çox zəif və qeyri-stabil olduğu dönəmdə baş verir. -Elədir, Şon. Hamıda az-çox bu cür psixoloji müdafiə olur. Bu, normaldır. İçki də insanda eyni effekti yaradır. İçən adam daha hansı sifətə düşmür...- kloun, aktyor, sərkərdə, prezident, müəllim, keşiş, uşaq...
Sayfa 235 - VENESİYA KARNAVALLARININ MAHİYYƏTİKitabı okudu
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.