Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

144 syf.
6/10 puan verdi
·
Beğendi
Kitab haqqında düşüncələrim.
Kitab axıcı idi. Sadəcə hekayə çox qısa anladılmışdır. Sürətlər daha dolğun, hadisələr və hisslər isə daha geniş təsvir edilə bilərdi. Sanki yazıçı statusa qoymaq üçün mənalı sözlər yazmaq istəyib və bunu bir hekayə ilə taclandırıb. Biz obrazların hisslərini dərindən hiss edə bilmirik. Bir çox hekayə eyni mövzuda yazılır onları bir-birindən ayıran isə obrazlar ,onların seçimləri və süjet xəttidir. Yazıçı çox səthi yazır. Hələ qorxaqdır. Sanki bütün keçirdiyi hissləri kağıza tökməkdən qorxur. Bir balaca cəhd etsə. Özünü qələmin və xəyal gücünün axınına buraxsa gözəl əsərlər yarada bilər. Əsas olan mənalı sözləri birləşdirib bir kitab yaratmaq deyil. Gözəl əsər yaradıb buradan bir cümləni mənalandırmaqdı.
Coşqun Həsənzadə
Coşqun Həsənzadə
Ayrılıq Da Gözəldir
Ayrılıq Da Gözəldir
Ayrılıq Da Gözəldir
Ayrılıq Da GözəldirCoşqun Həsənzadə · Xan Nəşriyyatı · 202413 okunma
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.