Əsər əslində bir çox insanın yaşadığı vəziyyətdən danışılır. Başqa birini sevən qadın və ona aşiq olmuş adam. Qadın təskinliyi dostu kimi gördüyü əslində isə sevdiyi adamın yoxluğunu və xəyanətini unutmaq üçün istifadə etdiyi adamda tapır. Bu mövzu artıq dövrümüzdə klassikləşibdir. Təəssüf ki, hələ də belə insanlar var. Qadın tək qaldığı bir dövrdə ona kömək etmiş evlərində kirayə yaşayan cənaba zamanla aşiq olur. Daha sonra o bir gün çıxıb gedəcəyini deyir. Bir il sonra isə Moskvadan qayıdacağını bildirir. Onlar əhdləşirlər. Bir il sonra onlar evlənəcəklər.Lakin cənab gözlənilən vaxtdan bir az gec gəlir və nəticədə bir adamın qəlbi qırılır. Tam oldu dediyi anda əlindəki xoşbəxtlik puç olur. O təəssüf hissi, adamın nakam sevgisi insana təsir edir. Belə zərif və incə insanlar var. Kaş onlar daha çox ola. Həyatda insanların duyğuları ilə oynayan, duyğuları, düşüncələri, insan taleyini bir oyun, bir heç kimi görən insanlar daha çoxdur. Bu hekayədə yanan qarşılıqsız sevən və sevilməyəcəyini bilən adam oldu.
Azad olmaq dünyanın ən yaxşı hisslərindən biridir. İstədiyin saçı kəsdirirsən, istədiyini geyinirsən, istədiyini yeyirsən, istədiyin yerə gedirsən, istədiyin hər şeyi oxuyursan, istədiyin filmlərə,dizilərə baxırsan, istədiyin musiqiləri dinləyirsən yəni, bir sözlə—istədiyini edirsən. Heç kim səni heç nəyə məcbur etmir. İnsanlar sadəcə fikir bildirə bilir bu qədər.
Bu hala o qədər alışırsan ki, bu rutini biri pozanda reaksiyan ani və sərt olur.
Mən azad olmağı sevirəm.))