Əliyeva

"Bəyaz gecələr" əsəri haqqında düşüncələrim
8/10
·112 syf.··
Beğendi
·
2026 2. kitabı
·
23 günde okudu
·
Okunma: 03 Nisan 2026 18:50
Əsər əslində bir çox insanın yaşadığı vəziyyətdən danışılır. Başqa birini sevən qadın və ona aşiq olmuş adam. Qadın təskinliyi dostu kimi gördüyü əslində isə sevdiyi adamın yoxluğunu və xəyanətini unutmaq üçün istifadə etdiyi adamda tapır. Bu mövzu artıq dövrümüzdə klassikləşibdir. Təəssüf ki, hələ də belə insanlar var. Qadın tək qaldığı bir dövrdə ona kömək etmiş evlərində kirayə yaşayan cənaba zamanla aşiq olur. Daha sonra o bir gün çıxıb gedəcəyini deyir. Bir il sonra isə Moskvadan qayıdacağını bildirir. Onlar əhdləşirlər. Bir il sonra onlar evlənəcəklər.Lakin cənab gözlənilən vaxtdan bir az gec gəlir və nəticədə bir adamın qəlbi qırılır. Tam oldu dediyi anda əlindəki xoşbəxtlik puç olur. O təəssüf hissi, adamın nakam sevgisi insana təsir edir. Belə zərif və incə insanlar var. Kaş onlar daha çox ola. Həyatda insanların duyğuları ilə oynayan, duyğuları, düşüncələri, insan taleyini bir oyun, bir heç kimi görən insanlar daha çoxdur. Bu hekayədə yanan qarşılıqsız sevən və sevilməyəcəyini bilən adam oldu.
Duygu ve Düşünce
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 2023102,1bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Düşüncələrim
10/10
·164 syf.··
Beğendi
·
2025 22. kitabı
·
11 günde okudu
·
Okunma: 11 Kasım 2025 18:35
Əsər Mikayıl Müşfiqin həyatı haqqında ətraflı məlumat verir. Bu əsərdə onun yaradıcılıq prossesi haqqında da məlumata sahib oluruq. Çapda bəzi orfoqrafik səhvlər olsa da, əsər maraqlı və rəngarəng idi.Əsərdə Müşfiq haqqında xatirələrə daha çox yer verilsə idi daha maraqlı olardı. Bu əsəri oxuduqdan sonra Müşfiqi anlamaq və onu duymaq daha asan olur.Müşfiqə bir şair kimi həmişə hörmət bəsləmişəm, ancaq bu əsəri oxuduqdan sonra ona heyran oldum. Onun şəxsiyyəti, yaradıcılıq qabiliyyəti məni valeh etdi.Çox təəssüf ki, o, haqsız tənqidlərə, təhqirlərə və sonda represiyaya məruz qaldı.
Edebiyat
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019417 okunma
Kitab haqqında düşüncələrim
9/10
·160 syf.··
Beğendi
·
2025 20. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Eylül 2025 17:01
Kitab həqiqətən də insana çox motivasiya verir. Bu kitabı oxuduqdan sonra səhv düşündüyümü anladım. Əslində insan istədiyi hər şeyi bacara bilər . Sadəcə tənbəllik edir. Çox çalışsan hər istədiyinə çatarsan. Heç kim qeyri-adi bacarıqla doğulmur. Sadəcə onlar səndən çox çalışır.Dediyim bu fikirlər kitabın əsas ideyasıdır. Kitabda rəngli və fərqli rəsmlər çəkilmiş səhifələr vardır. Bu da onu daha maraqlı edir.Kitabın dili sadə və çox axıcıdır
Edebiyat
Siz MöhtəşəmsinizMatthew Syed · 3 Alma · 026 okunma
Kitab haqqında düşüncələrim
7/10
·218 syf.··
2025 19. kitabı
·
3 günde okudu
·
Okunma: 18 Eylül 2025 00:00
Kitab çox sadə dildə yazılıb və çox maraqlıdır.Çəkilmiş rəsmlər əsəri daha maraqlı edir. Həmişə düşünmüşəm ki, uşaqlar böyüklərdən daha ağıllıdır. Əsər bunu sübut edir. Qreq ortancıl uşaqdır və yaşadığı hər şey ortancıl uşaq sindromunu daha yaxşı izah edir. İstehzalı və məntiqli təhlili nə qədər ağıllı olduğunu göstərir. Bu əsərdə böyük uşaqların balacalara təsiri də görünür.Qreqin dostunun ailəsindən bir az bəhs etmək istəyirəm. Onlar təhsilli və çox səyahət edən insanlardır. Ancaq fərqində deyillər ki, bu uşaqlarına o qədər də yaxşı təsir etmir.
Edebiyat
Safdil Qreqin gündəliyiJeff Kinney · Qanun Nəşriyyatı · 02,974 okunma
"Yüzyıllık Yalnızlık"
8/10
·464 syf.··
Beğendi
·
2025 11. kitabı
·
27 günde okudu
·
Okunma: 06 Temmuz 2025 16:37
Kitab bəzən axıcı, bəzən isə sıxıcı olurdu.Daha çox məişət yaşantısı və insanın duyğuları,seks həyatından bəhs edən bir kitab idi.İnsanların öz ehtiraslarının qurbanına çevrildiyi,görməli olduqları işləri boş verdikləri və axırda bir nəslin faciəvi sonuna səbəb olduqları həyatlardan bəhs edir.Kitab mədəniyyətdən uzaq bir ovuc insanın özlərinə kənd qurmalarından və bu kəndin böyük qəsəbəyə çevrilməsindən, daha sonra bu qəsəbə də çox az insanın yaşamasından söhbət gedir.Əslində kitab evlilikdən kənar münasibətlərin və bunlardan doğan uşaqların nə qədər pis və murdar olduğunu, həyatın sadəcə insanın təməl ehtiyaclarından ibarət olarsa nə qədər maraqsız və murdar olacağını bizə göstərir.Mən kitabdan bu nəticəyə gəldim ki, ehtirasının qurbanı olma.Sonra çox peşiman olarsan.
Edebiyat
Yüzyıllık YalnızlıkGabriel Garcia Marquez · Can Yayınları · 202546,5bin okunma