Gönderi

Badem Ağacı
10/10
·384 syf.··
Beğendi
·
2024 9. kitabı
·
5 günde okudu
·
Okunma: 15 Mart 2024 23:03
Kitabın mövzusu Fələstin və İsrail arasında olan mübarizə,bu mübarizənin ortasında qalmış siravi vətəndaşların həyatı idi. İsrail Fələstin xalqı ilə amansız rəftar edir. Onların torpaqlarını zorla zəbt edir. Belə vəziyyətdə həyatını dəyişdirmək üçün təhsilin vacib olduğunu anlayan Əhməd böyük uğurlara imza atır. Ailəsinə maddi yardım göstərir. Eyni zamanda o oxuduğu İbrani Universitetində yəhudilərin fələstinlilərə qarşı o qədər də pis davranmadığını anlayır. İlk başda aralarında problem yaşanan yəhudi bir professorla daha sonra çox yaxın dost və iş yoldaşı olurlar.Daha sonra ABŞ gedir və orada bir yəhudi qızla tanış olur. Bu qızla evlənir və öz kəndinə qayıdır. Bu qız kənddə Əhmədin evini İsraillilər buldozerə verməsin deyə özünü fəda edir. Noranın ölümündən sonra həyatın mənasız olduğunu düşünən Əhmədi Professor Şaron Ensteyindən bir sitat gətirməklə ayağa qaldırır. Daha sonra ailəsinin zoru ilə kəndindəki bir qızla—Yasəmənlə ailə həyatı qurur. Onun Yasəmənlə övladları olur. Əmədin qardaşı Əhməd yəhudi bir qızla—Nora ilə evləndi deyə evi tərk edir. İllər sonra Həmasa qoşulduğunu öyrənən Əhməd Qəzzaya gedir. Oradakı həyatla tanış olur. Ona bənzəyən və onun zəkasına oxşar qardaşı oğlu Xalidlə tanış olur. Xaliddə əmisi kimi Fizika təhsili alırdı. Amma İsrail onun Universitetini bombalayandan sonra o təhsilini yarımçıq qoymalı olur. Əhməd Xalidi Qəzzadan çıxartmaq istəyir ,amma buna nail ola bilmir. Bütün bunlara təb gətirə bilməyən Xalid intihar edir. Onun ölümündən bir həftə sonra Əhməd Nobel mükafatı qazanır. Bu tədqiqat üzərində professor Şaronla birlikdə qırx il işləmişdi.
Edebiyat & Roman
Badem AğacıMichelle Cohen Corasanti · Pegasus Yayınları · 20154,642 okunma
·
72 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.