Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

- Südlü qəhvə içənlə sadə qəhvə içənin arasındakı fərqi bilirsən? Sadə qəhvə içənlər artıq evdən ayrılmış insanlardır. Daha doğrusu, onların evə ehtiyacı yoxdur. Yaşadıqları istənilən yeri ev sayıb, xoşbəxt yaşamaqda davam edərlər. Məsələn, illər uzunu bir hotel otağında yaşaya bilərlər. Amma südlü qəhvə içənlər həmişə bir ev axtararlar. Evlərindən iki gün ayrı qalsalar, üstlərinə sanki bədbəxtlik çökər. Yataqları, əllərini sildikləri dəsmal, gecə oturduqları kreslo, hətta corab yığılmış siyirtmələri üçün də darıxarlar. Bəs sən? Sadə içəcəksən? Başımla təsdiqlədim.
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.