Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
1 həftəmi geri qaytarın
Bəli, çox təəsüflər olsun ki, bu kitabı oxumuşam. 14 yaşım olanda sinif yoldaşlarımın " çox super kitabdır" deyib tərifləməsi nəticəsində oxumuşam. Haradasa 1 həftəyə oxuyub qurtardım bu kitabı. Kitabdan bir nəticə əldə edə bilmədim.Kitabın mənə öyrətdiyi bir şey var, o da hər insanın təriflədiyi kitabı oxumamaq lazımdır. Düşünürəm ki, bu kitab deyil. Kitabı kitab edən içindəkilərdir. Halbuki mən bu kitabı 8 manata almaq yerinə 3 manat ( o da kəsilən ağaclara yazığım gəldiyi üçün) verərdim. Ən azından vərəqlərə hayıfdır... Bir çox incələmələrdə eşitdiyim cümləni xatırlatmaq istəyirəm. Deyirlər ki, necə ki kinolara seriallara həvəs üçün baxırıqsa, kitablar da elədir. Bir insan həvəs üçün kitab oxuya bilər. Müəyyən mənada razıyam. Ola bilsin ki, insan vaxtının dəyərini bilmir, buna görə də vaxtını mənasız yerə xərcləmək üçün sadəcə insan psixologiyasına mənfi təsir göstərən Türk seriallarına baxır, eynilə onlara bənzəyən kitabları da oxuyur. Amma bir az məntiqlə fikirləşən insanlar olduqda: düşünmə orqanı ilə oturma orqanını qarışdırmayan insanlardan söhbət gedir əlbəttə ki- bu cür insanlar vaxtlarının dəyərini bildiyi üçün belə kitabları oxumağa təşəbbüs belə göstərmirlər. Sözümün canı bundadır ki, onsuz da hər şeyin istifadə məqsədindən kənarlaşdığı vaxtda qoyun kitablar öz saflığını saxlaya bilsin. Yaşıdlarıma və məndən kiçik olan uşaqlara da tövsiyə edirəm ki, bu cür psixoloji və sosial həyatınızı pozan kitabları oxumayın. Əgər oxumaqda israr edirsinizsə, oxuduqdan sonra özünüzə sual verin ki, bu kitabdan nə nəticə əldə ettim. Kitabda altından çəkiləcək bir neçə cümlə ola bilər. Amma bu "bu kitabı oxunmalı kitabdır" nəticəsini bizə vermir. Kitabda sizə həyati bir dərs verəcək, ya da düşüncələrinizi "yaxşıya doğru" dəyişəcək bir şey yoxdur. Bura qədər oxudunuzsa təşəkkürlər)
Karantina: Mahşerin Dört Atlısının Hikayesi
Karantina: Mahşerin Dört Atlısının HikayesiBeyza Alkoç · İndigo Kitap · 201620,2bin okunma
·
89 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.