Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Anası öldükdən sonra Adil bütün məhəbbətini mehriban nənəsinə bağlamışdı. Qarlı qış gecələrində sobanın yanında, isti yay günlərində həyətdəki meynənin sərin kölgəsində əyləşən qarı, nəvəsinin başını qucağına alar, titrək barmaqlarını onun qıvrım, xurmayı saçları arasında gəzdirə-gəzdirə şirin nağıllar, maraqlı əfsanələr söylərdi. Adil nənəsinin nəfəsindən anasının ətrini duyar, onun danışığından anasının səsini eşidərdi.
·
80 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.